VI sinif
Mövzu: Qaraciyər sorucusu.
Standart: 1.1.2.Canlıların quruluşunu təsvir edir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Məqsəd:
Qaraciyər sorucusunun quruluşunu şərh edir.
Qaraciyər sorucusunun canlılara təsirini şərh edir.
İş forması: kollektivlə, qruplarla.
İş üsulu: Beyin həmləsi, klaster, Venn diaqramı.
Resurslar: Dərslik, flipçat, iş vərəqləri, marker, tablo, İKT vasitələri
İnteqrasiya: İnf.1.2.3.
Dərsin gedişi
1) Motivasiya: lövhədə (adi yaxud elektron) labirint “Tayını tap”
Müəllim:
- Bu orqanizmlər bir-birilə necə əlaqəlidir? (Parazitizm)
- Parazitizm nədir?
(Canlıların qarşılıqlı münasibətinin bir formasında əgər bir canlı digər
canlıda yaşayırsa və onun hüceyrələri və hazır üzvi maddələri ilə qidalanırsa həmin
canlı – parazit, digəri isə - sahib adlanır)
Dostları ilə paylaş: |