Bioloji proseslər
Bioloji proseslər məzmun xətti üzrə şagirdlər canlılar aləmini cansızlardan
fərqləndirən qidalanma, tənəffüs, maddələr mübadiləsi qıcıqlanma, böyümə,
çoxalma, inkişaf, hərəkət və onların səbəblərini, irsiyyət, dəyişkənlik və onun
qanunauyğunluqlarını izah edir, bakteriyalar, göbələklər, bitkilər və heyvanlara xas
həyati prosesləri müqayisə etmək bacarığına yiyələnirlər. Müşahidə, eksperiment
və tədqiqatlar aparmaqla canlılarda gedən həyati prosesləri öyrənir və bu
proseslərə təsir edən amilləri (fiziki, kimyəvi, coğrafi, tarixi) təcrübi yolla, riyazi
hesablamaların köməyi ilə təhlil edirlər.
Bu məzmun xətti canlıların fərdi və tarixi inkişafı, onun səbəbləri və təkamülə
dair bilik və bacarıqların, seleksiya və biotexnologiya sahələrində insanın əldə
etdiyi nailiyyətlərin öyrənilməsini təmin edir.
Dostları ilə paylaş: |