3
Təhsil proqramının (kurikulumun) internet üçün hazırlanmasına
məsul olanlar:
Akif Əliyev, ARTPİ-nin Ümumi orta və tam orta
təhsilin kurikulumu şöbəsinin müdiri, pedaqogika
üzrə fəlsəfə doktoru
Əlişah Gərayev, ARTPİ-nin Təbiət- riyaziyyat
fənlərinin təlimi bölməsinin müdiri, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent
Könül Mahmudova, ARTPİ-nin Ümumi orta və
tam orta təhsilin kurikulumu şöbəsinin böyük
elmi işçisi
4
MÜNDƏRİCAT
Giriş
I. Biologiya təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
1.2. Məzmun xətləri
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
1.4. Fəaliyyət xətləri
1.5. Məzmun standartları
VI Sinif
VII Sinif
VIII Sinif
IX Sinif
X sinif
XI sinif
1.6. Fəndaxili və fənlərarasi inteqrasiya
II. Təlim strategiyaları
2.1. Biologiya təliminin təşkilinə verilən əsas tələblər
2.2. Biologiya təliminin təşkilində istifadə olunan forma və üsullar barədə
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılması
2.4. Biologiya fənninin məzmun standartlarının şərhi
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
Tezaurus
Resurslar
İstifadə olunmuş ədəbiyyat
5
Giriş
Biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik
cəhətləri. Ölkənin ümumi inkişafının təmin olunmasına xidmət edən
biologiya
fənn üzrə təhsil proqramı (kurikulumu) təhsil islahatının yerinə yetirilməsi
istiqamətində görülmüş işlərdən biri kimi meydana çıxmışdır. Özündə dünyanın
mütərəqqi ölkələrinin təhsil təcrübələrini ümumiləşdirən bu sənəd bilavasitə
şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənməklə özünün humanist,
demokratik, innovativ və inteqrativ xarakterinə görə fərqlənir. Məzmun
standartlarının, təlim strategiyalarının, qiymətləndirməyə dair məzmun, vasitə və
mexanizmlərin verilməsi biologiya fənn kurikulumunun həm də kompleks bir
sənəd olduğunu göstərir.
Biologiyadan yeni məzmunun nəticələr (məzmun standartları) formasında
verilməsi yeni təhsil proqramının (kurikulumun) demokratik xarakterindən irəli
gəlir. Müəllimlərə nəticələrin bir standart tələb kimi verilməsi onlara fəaliyyətində
sərbəst olmağa, müvafiq təlim strategiyaları seçməyə, yaxud öz imkan və
şəraitlərinə uyğun təlim strategiyaları hazırlamaqla yanaşı, müasir dərsliklərin,
digər resursların hazırlanmasını istiqamətləndirir.
Biologiya fənni üzrə yeni məzmunda insan, onun sağlamlığı, insanın sosial
mahiyyəti, insan və təbiətin qarşılıqlı münasibətləri, insanın psixoloji
xüsusiyyətlərinə aid həyati əhəmiyyəti olan ən zəruri bilik və bacarıqlar əhatə
olunur.
Bu təhsil proqramında (kurikulumda) canlıların hüceyrədən biosferədək
təşkili səviyyələri, canlılar aləminin kimyəvi və bioloji təkamülü, irsi
dəyişikliklərin qanunauyğunluqları, ekoloji problemlər, onun dərkedilməsi və həlli
yolları sadədən mürəkkəbə doğru istər mərhələlər, istərsə də siniflər üzrə şaquli və
üfiqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir. Şagirdin tədqiqatçılıq bacarıqları,
inkişaf etdirilir. Onun məlumatları ümumiləşdirmək, eksperimentlər aparmaq,
məruzə, referat, təqdimatlar hazırlamaq, bitkiləri becərmək, heyvanları bəsləmək
və insan sağlamlığını qorumaq bacarıqları formalaşır.
Biologiya fənn üzrə təhsil proqramında (kurikulumda) şagirdlərin məntiqi
təfəkkürünün, fənlə bağlı həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik,
sadədən mürəkkəbə doğru inkişaf, məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin
təşkili, fənnin tədrisində yeni texnologiyaların tətbiqinin təmin edilməsi məsələləri
nəzərdə tutulur.