qoşulmalıdırlar.
Şagirdin tədqiqatçılığı, kəşfə istiqamətləndirilməsi şagirdin müstəqil
fəaliyyətinin stimullaşdırılması üçün sağlam mənəvi psixoloji mühit yaradılması
çox vacib şərtdir.
Müəllim öz fənnini lazımi səviyyədə bilməlidir. Proqram materialı ilə yanaşı,
biologiya fənni üzrə yeniliklərlə maraqlanmalı, məktəbdə istifadə olunan əlavə
ədəbiyyatlarla, dərsliklərlə tanış olmalıdır.
Müəllimlər təlim prosesində şagirdlərin nəyi mənimsədiklərinə, necə
düşündüklərinə, tədqiqat aparmalarına və ünsiyyətlərinə nəzarət edir. Şagirdlərə öz
biliklərini və tapşırıqların icra səviyyəsini necə artırmağı öyrədirlər. Müəllimlər
şagirdlərə istiqamət verməli, sinifdə şagirdlərin fəallığını təmin etməli, onları
həvəsləndirməyi bacarmalıdır. Müəllim valideynlərlə sıx əlaqə saxlamalı, yeri
gəldikcə valideynlərin də maarifləndirilməsi ilə məşğul olmalıdır.
Valideynlər öz övladlarının dərslikləri, müasir dərsə verilən tələblərlə tanış
olmalıdır. Yeri gəldikcə övladlarına yardım etməlidirlər. Övladlarının
çətinliklərinin səbəbini aydınlaşdırmalı, müəllimlərlə daima əməkdaşlıq
etməlidirlər.
Şagird təlim prosesinə məsuliyyətlə yanaşmalı, daima axtarışlara,
tədqiqatçılığa meyl etməli, hazır biliklərlə kifayətlənməməlidir. Araşdırmalar
aparmalı «niyə?», «nə üçün?» suallarına cavab tapmağa çalışmalıdır.
Şagird bilməlidir ki, o, biliklərə təklikdə deyil, müəllimləri, ən başlıcası isə
yoldaşları ilə birlikdə əməkdaşlıq şəraitində daha asan nail ola bilər.
Dostları ilə paylaş: |