Azərbaycan respublikasinin


Bİrİncİ İnstansİya məhkəmələrİnİn qərardadlarından şİkayət verİlməsİ



Yüklə 1,22 Mb.
səhifə28/58
tarix05.01.2022
ölçüsü1,22 Mb.
#111662
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   58
Bİrİncİ İnstansİya məhkəmələrİnİn qərardadlarından şİkayət verİlməsİ

Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ

395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:

395.1.1. bu Məcəllədə göstərilən hallarda;

395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.

395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

Maddə 396. Şikayətin verilmə müddəti

396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi təqdim edilən gündən 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.

396.2. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır.

Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası

397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

397.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti

398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:

398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;

398.0.3.qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.ci[101]

Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi

Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir.cii[102]



Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi

Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadı onun çıxarıldığı andan qanuni qüvvəyə minir.



Maddə 401. İşin qaytarılması

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və ya qərardadını dəyişdirmədən saxlamaq və yaxud qərardadı ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək barədə məhkəmə aktı qəbul etdikdən sonra, bunlardan şikayət olmadıqda, iş apellyasiya instansiyası məhkəməsi aktının təsdiq edilmiş surəti ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilir.



Fəsil 43


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin