Azərbaycan respublikasinin


Vətəndaşlıq vəzİyyətİ aktları qeydİyyatının düzgün olmamasının müəyyən edİlməsİ



Yüklə 1,22 Mb.
səhifə22/58
tarix05.01.2022
ölçüsü1,22 Mb.
#111662
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   58
Vətəndaşlıq vəzİyyətİ aktları qeydİyyatının düzgün olmamasının müəyyən edİlməsİ

Maddə 339. Ərizənin verilməsi

339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır.

339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

Maddə 340. Ərizənin məzmunu

Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir.lxxix[79]



Maddə 341. Ərizə üzrə məhkəmənin qətnaməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır.



Fəsil 38


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin