Hüquq və azadlıqların pozulması İlə bağlı yenİ hallar üzrə İcraat cxv[115]
Maddə 431-1. İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması cxvi[116]
431-1.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər.
431-1.2. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
431-1.2.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
431-1.7.7. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinin işə baxarkən "insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarını pozduğu müəyyən edilməsi.
Maddə 431.2. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxan məhkəmə cxvii[117]
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Plenum Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır.
Maddə 431-3. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması qaydası cxviii[118]
431-3.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə plenum məhkəmə iclasında hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxır.
431-3.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini hakimlərin birinə tapşırır.
431-3.3. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi işə baxılmasına mane olmur.
431-3.4. İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iş qaydasına müvafiq olaraq baxılır.
Maddə 431-4. İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxmaq haqqında qərar cxix[119]
431-4.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır. Qərar bu məcəllənin 430.2-ci və 430.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
431-4.2. Hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431-4.2.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431-4.2.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431-4.2.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə;
431-4.3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431-4.3.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431-4.3.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431-4.3.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə.
431-4.3.4. əlavə kassasiya qaydasında çıxarılmış qərara və ya kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə.
Fəsil 45
Dostları ilə paylaş: |