Azərbaycan respublikasinin


Poçt, teleqraf və dİgər göndərİşlərİn üzərİnə həbs qoyulması. Telefon və dİgər qurğularla aparılan danışıqların, rabİtə və dİgər texnİkİ vasİtələrlə ötürülən məlumatların və başqa məlumatların ələ keç



Yüklə 3,22 Mb.
səhifə20/37
tarix22.10.2017
ölçüsü3,22 Mb.
#10014
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

Poçt, teleqraf və dİgər göndərİşlərİn üzərİnə həbs qoyulması. Telefon və dİgər qurğularla aparılan danışıqların, rabİtə və dİgər texnİkİ vasİtələrlə ötürülən məlumatların və başqa məlumatların ələ keçİrİlməsİ


Maddə 255. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər istisna olmaqla üzərinə həbs qoyula bilən poçt-teleqraf və digər göndərişlərin siyahısı 141

255.0. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər istisna olmaqla üzərinə həbs qoyula bilən poçt, teleqraf və digər göndərişlərə aşağıdakılar aiddir:

255.0.1. bütün növlərdən olan məktublar;

255.0.2. teleqramlar;

255.0.3. radioqramlar;

255.0.4. banderollar;

255.0.5. sovqatlar;

255.0.6. poçt konteynerləri;

255.0.7. pul baratları.

Maddə 256. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulmasının əsasları

256.1. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Şübhəli və ya təqsirləndirilən şəxsin poçt, teleqraf göndərişlərində və ya onların göndərdikləri, yaxud onlara başqa şəxslər tərəfindən göndərilən poçt, teleqraf və digər göndərişlərdə cinayət işi üzrə sübut əhəmiyyəti daşıyan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda, müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə məhkəmə poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması haqqında qərar çıxarır. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir.

256.2. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarda aşağıdakılar göstərilməlidir:

256.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

256.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

256.2.3. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması üçün əsas olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;

256.2.4. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulmuş şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı;

256.2.5. üzərinə həbs qoyulmalı olan poçt, teleqraf və digər göndərişin dəqiq növü (növləri) və onun olduğu yer;

256.2.6. üzərinə poçt, teleqraf və digər göndərişi saxlamaq vəzifəsi qoyulmuş rabitə idarəsinin adı;

256.2.7. poçt, teleqraf və digər göndərişin üzərinə həbs qoyulduğu müddət.

256.3. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərar əsasında, həmçinin göndərişlərin baxışı və götürülməsi aparılır.

256.4. Poçt, teleqraf və digər göndəriş üzərinə qoyulan həbsə aşağıdakı hallarda xitam verilir:

256.4.1. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı çıxarmış məhkəmənin və ya yuxarı məhkəmənin həbsin ləğv edilməsi barədə qərarı əsasında;

256.4.2. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulduğu müddətin qurtarması ilə əlaqədar;

256.4.3. poçt, teleqraf və digər göndəriş üzərinə həbsin davam etməsinin lüzumsuzluğu barədə müstəntiqin qərarı, habelə müstəntiq tərəfindən çıxarılmış qərarın qanunsuz hesab edilməsi və onun ləğv olunması haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarı əsasında.

Maddə 257. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulmasının, onun baxışının və götürülməsinin aparılması qaydası

257.1. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı müvafiq rabitə idarəsinin rəisinə göndərir.

257.2. Rabitə idarəsinin rəisi bu barədə müstəntiqə dərhal məlumat verməklə müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişləri saxlayır.

257.3. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması ilə əlaqədar müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirir:

257.3.1. müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişin saxlanması barədə rabitə idarəsinin rəisindən məlumat aldıqda, rabitə idarəsinə gəlir və həmin idarənin işçilərinin iştirakı ilə müvafiq göndərişə baxış keçirir;

257.3.2. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması barədə qərar əsasında rabitə idarəsinin rəisini həmin qərarın götürülməyə dair hissəsi ilə imza etdirməklə tanış edir və müvafiq göndərişi götürür.

257.4. Poçt, teleqraf və digər göndərişdə iş üçün əhəmiyyətli ola biləcək sənəd və əşyaları aşkar etdikdə, müstəntiq müvafiq göndərişi götürə və ya onların surətini çıxarmaqla kifayətlənə bilər. İş üçün əhəmiyyətli ola biləcək məlumatlar olmadıqda, müstəntiq baxılmış göndərişin ünvanı üzrə verilməsi və ya onun müəyyən etdiyi müddətədək saxlanılması barədə göstəriş verir.

257.5. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması zamanı, onun baxışı və götürülməsində foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmək hüququna malikdir.



Maddə 258. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsi protokolu

258.1. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsinə dair protokol tərtib edilir və həmin protokolda aşağıdakılar göstərilir:

258.1.1. baxış və ya götürmənin aparıldığı tarix, vaxt və yer;

258.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

258.1.3. poçt, teleqraf və digər göndərişin üzərində baxış və ya götürmə aparılan şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

258.1.4. baxışın və ya götürmənin aparılmasında iştirak etmiş digər şəxslərin (rabitə idarəsi rəisinin, zərurət olduqda həmin idarənin digər qulluqçularının) soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

258.1.5. baxış və ya götürmənin aparılmasının xüsusiyyətləri, hansı göndəriş üzərində baxış və ya götürmənin aparıldığı, ünvan üzrə göndərilməli və müvəqqəti saxlanılmalı olan göndəriş, hansı poçt, teleqraf və digər göndərişdən surətlərin çıxarıldığı, hansı texniki vasitələrdən istifadə edildiyi barədə qeyd;

258.1.6. istintaq hərəkəti aparılarkən müşahidə edilmə ardıcıllığı ilə baxış və ya götürmədə bütün aşkar olunanlar.

258.2. Poçt, teleqraf və digər göndəriş üzərində baxış və ya götürmənin aparılması protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan həmin istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

258.3. Poçt, teleqraf və digər göndəriş üzərində həbs qoyulması zamanı, onun baxışın və ya götürülməsinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.



Maddə 259. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və ya başqa məlumatların ələ keçirilməsi

259.1. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi, bir qayda olaraq, məhkəmənin qərarı əsasında həyata keçirilir. Şübhəli və ya təqsirləndirilən şəxsin digər şəxslərə ötürdükləri məlumatlarda (yaxud təqsirləndirilən və ya şübhəli şəxsə ötürülən məlumatlarda) cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə, məhkəmə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatın və ya başqa məlumatın ələ keçirilməsi haqqında qərar çıxarır. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir.

259.2. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi altı aydan artıq davam edə bilməz.

259.3. Maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

259.4. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən və ya başqa məlumatların ələ keçirilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

259.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

259.4.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

259.4.3. müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi üçün əsas olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;

259.4.4. müvafiq danışıqları və ya məlumatları ələ keçirilməli olan şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı;

259.4.5. ələ keçirilməli olan danışıqların və ya məlumatların dəqiq növü və ya növləri;

259.4.6. üzərinə müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi vəzifəsi qoyulmuş idarənin adı;

259.4.7. müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsinə tətbiq edilən müddət.

259.5. Telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar və ya başqa mәlumatlar səlahiyyətli şəxslər tərəfindən müvafiq qərar əsasında ələ keçirilir. Ələ keçirilmiş danışıqlar və ya məlumatlar kağız, yaxud maqnit daşıyıcılarda əks etdirilir, onları ələ keçirmiş şəxsin imzası ilə təsdiq olunur və müstəntiqə verilir. İşə aid danışıqların və ya məlumatın ələ keçirilməsi barədə qısa məzmunlu protokol tərtib olunur və cinayət işinin materiallarına əlavə edilir. İşə aid olmayan əldə edilmiş məlumatlar dərhal ləğv olunur.

XXXIV fəsil



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin