3. AZƏRBAYCAN RESPUBLİKASINDA FUTBOLUN
İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ
2005-2015-ci illərdə ölkədə futbolun inkişafını aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirmək nəzərdə tutulur:
1) təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbol infrastrukturunun yaradılması;
2) təhsil müəssisələri üçün futbol üzrə tədris proqramlarının işlənib hazırlanması;
3) futbol üzrə metodik vəsait və tövsiyələrin hazırlanması;
4) ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol bölmələrinin açılması;
5) şagird və tələbələrin futbol üzrə çempionatlarının təşkil edilməsi;
6) məhəllə komandaları arasında futbol üzrə yarışların keçirilməsi;
7) mövcud və yeni açılacaq uşaq-gənclər idman və internat məktəblərində qadın futbolu üzrə tədris qruplarının yaradılması;
8) ölkənin bütün bölgələrində istedadlı uşaqlar üçün futbol üzrə ixtisaslaşdırılmış internat məktəblərinin yaradılması;
9) milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və Dünya çempionatlarında Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının təmin edilməsi;
10) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nəzdində müasir avadanlıqla təchiz olunmuş tibbi-bərpa mərkəzinin yaradılması;
11) futbol üzrə mütəxəssislərin hazırlanması sisteminin təkmilləşdirilməsi;
12) idmanın ən kütləvi və nüfuzlu növü olan futbolun təbliğ etdirilməsi;
13) futbolun inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
Dostları ilə paylaş: |