Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında



Yüklə 229,7 Kb.
səhifə2/6
tarix04.01.2022
ölçüsü229,7 Kb.
#52472
1   2   3   4   5   6
İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2005-ci il

                        N° 1038

 

Azərbaycan Respublikası Prezidentinin



2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında futbolun inkişafına dair

DÖVLƏT PROQRAMI

(2005-2015-ci   illər)

 1GİRİŞ

Azərbaycan Respublikasında ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Bakının "Neftçi", Gəncənin "Dinamo" komandalarının qazandığı uğurlar futbol tariximizin şanlı səhifələridir. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib.

Təəssüf ki, son on beş il ərzində futbolumuz şöhrətini itirmiş, bu idman növünə maraq və diqqət azalmışdır. Göstərilən dövrdə ölkədə futbolla məşğul olanların sayı 200 min nəfərdən 74 min nəfərə enərək, iki dəfədən çox azalmışdır. Yaranmış acınacaqlı vəziyyət futbol üzrə milli yığma komandaların nəticələrinə mənfi təsir göstərir. 1992-ci ildən etibarən Dünya və Avro-pa çempionatlarının seçmə mərhələlərində Azərbaycan Milli yığma komandası öz qrupunda sonuncu yerlərlə kifayətlənmişdir. Yeniyetmələrdən və gənclərdən ibarət yığma komandalarımız da beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edə bilməmişlər.

Futbol bazalarının hazırkı vəziyyəti, respublika uşaq-yeniyetmə futbol məktəblərinin maddi-texniki bazalarının aşağı səviyyədə olması, yüksək ixtisaslı məşqçi və müəllimlərin çatışmazlığı əhalinin, xüsusilə yeniyetmə və uşaqların futbol ilə məşğul olmağa artan tələbatmı ödəməyə imkan vermir. Futbolçu ehtiyatı hazırlığı üçün beynəlxalq standartlara cavab verən mərkəzlərin olmaması, süni örtüklü meydançaların yetərsizliyi, futbolla bağlı xüsusi metodik ədəbiyyatın çatışmazlığı ölkədə futbolun inkişafına və futbolçu ehtiyatı hazırlanmasına mənfi təsir göstərir.

Ümumiyyətlə, respublikada futbolun hazırkı vəziyyəti idmanın bu növünün kütləvi inkişafı üçün təxirəsalınmaz və konkret tədbirlərin görülməsini, uşaq-yeniyetmə və gənclər arasında işin canlandırılmasını, futbol infrastrukturunun inkişafını, beynəlxalq səviyyəli futbolçuların hazırlanmasını zəruri edir. Bu mənada Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramı (2005-2015-ci illər) - bundan sonra "Proqram" - ölkədə futbolun inkişafına və beynəlxalq yarışlarda uğurlar əldə etməyə xidmət edir.




Yüklə 229,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin