Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında


 PROQRAMIN ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏRİ



Yüklə 229,7 Kb.
səhifə3/6
tarix04.01.2022
ölçüsü229,7 Kb.
#52472
1   2   3   4   5   6
2. PROQRAMIN ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramının əsas məqsədi "Bədən tərbiyyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə bədən tərbiyyəsi və idmana aid digər normativ hüquqi aktlara uyğun olaraq futbol sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə futbolun və onun infrastrukturunun inkişaf etdirilməsini, futbol ilə məşğul olmaq üçün müvafiq şəraitin yaradılmasını, köhnə stadionların bərpasını, yenilərinin layihələşdirilməsini və tikintisini, beynəlxalq səviyyəli futbolçuların, məşqçilərin, hakimlərin və digər futbol mütəxəssislərinin hazırlanmasını təmin etməkdən ibarətdir.

Proqramın əsas vəzifələri aşağıdakılardır:

1)       futbolun infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək;

2)       futbol mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemini təkmilləşdirmək;

3)       uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsini inkişaf etdirmək, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq;

4)       futbolla bağlı məlumat-maarifçilik və təbliğat işini gücləndirmək;

5)       futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları və qurumları ilə əlaqələr qurmaq və onları inkişaf etdirmək;

6)       əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaratmaq.


Yüklə 229,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin