Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında


Azərbaycan Respublikasının Prezidenti



Yüklə 152,27 Kb.
səhifə2/24
tarix02.01.2022
ölçüsü152,27 Kb.
#7791
1   2   3   4   5   6   7   8   9   ...   24
Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 24 mart 2006-cı il

1368



«Azərbaycan» qəzetində dərc edilmişdir (25 mart 2006-cı il, № 63)

Azərbaycan Respublikası
Prezidentinin
2006-cı il 24 mart tarixli,
1368 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir


Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı

1. Giriş

Azərbaycan xalqının bütün tarixi keçmişi və mədəni inkişafı eyni zamanda onun zəngin təbii sərvətlərindən qidalanıb qaynaqlanmışdır.

Təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik — bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox fauna və flora növləri, cinslər məhv olmuş və ya onların sayı kəskin surətdə azalmağa başlamışdır. Bioloji müxtəlifliyin belə itkisi onun qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir.

Son illərdə bioloji müxtəlifliyin problemləri önə çəkilərək bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram və digər dövlət proqramları qəbul edilərək həyata keçirilir. Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür.

Bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədi ilə Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin «Bioloji müxtəliflik haqqında» Konvensiyasına qoşulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli, 848 nömrəli Sərəncamı ilə bu Konvensiyaya uyğun olaraq ölkənin götürdüyü öhdəliklərin yerinə yetirilməsini, bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı (bundan sonra — Milli Strategiya və Fəaliyyət Planı) bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilmişdir.


Yüklə 152,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin