10. Biomüxtəlifliyin qorunmasını təmin etmək məqsədi ilə sosial-iqtisadi həvəsləndirmənin tətbiqinə nail olunması
10.1. Biomüxtəlifliyin qorunmasına köməklik edən sosial və iqtisadi həvəsləndirmə tədbirlərinin genişləndirilməsi
10.1.1
Xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə zonalarında fəaliyyət göstərən təsərrüfatların və əhalinin antropogen təsirlərinin azaldılması məqsədi ilə bioloji müxtəlifliyin qorunmasını, davamlı inkişafını təmin edən təkliflərin hazırlanması və tətbiqi
II
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
2006 — 2008
10.1.2
Bioloji müxtəlifliyə və ekoloji həssas ərazilərə (ekosistemlərə) antropogen təsirlərin azaldılması məqsədi ilə alternativ (ətraf mühitə və bioloji müxtəlifliyə az təsiri olan) fəaliyyətlərin (yeni iş yerlərinin açılması ilə bağlı) inkişafına dair təkliflərin hazırlanması və həyata keçirilməsi
III
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları