Mövzu 1.
Azərbaycan Respublikasında gömrük işinin təşkili.
Plan :
-
Gömrük işinin mahiyyəti və gömrük qanunvericiliyi.
-
Gömrük orqanlarının vahid sistemi.
-
Gömrük işinin təşkili və həyata keçirilməsində gömrük infrastrukturunun rolu.
1.Bütün şəxslər mal və nəqliyyat vasitələrini bərabər əsaslarla A.R ərazisinə gətirmək və bu ərazidən apara bilmək hüququna malikdir. Malların və nəqliyyat vasitələrinin Respublikaya gətirilməsi və aparılması , o cümlədən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi hüququ A.R.K –sı ilə təsdiq edilmişdir.
Gömrük siyasəti – dövlətin xarici ticarət dövrüyyəsinin gömrük sahəsindən mal və nəqliyyat vasitələrinin uyğun gömrük rejimləri müəyyən edilməsi vasitəsilə keçirilməsinin dövlət tənzimlənməsi üzrə məqsədyönlü fəaliyyət istiqamətlərini təyin edir.
Gömrük siyasəti xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin əsas prinsipləri ilə müəyyən edilir :
-
A.R –nın xarici siyasətinin tərkib hissəsi kimi vahid xarici ticarət siyasəti;
-
Xarici ticarət fəaliyyətinin vahid dövlət tənzimlənməsi sistemi və onun həyata keçirilməsinə nəzarət;
-
Vahid valyuta nəzarət siyasəti;
-
Azərbaycan gömrük əraazisinin bütövlüyü;
-
Xarici ticarət fəlaiyyətinin dövlət tənzimlənməsinə iqtisadi tədbirlərə üstünlük verilməsi ;
-
Xarici ticarət fəaliyyəti iştirakçılarının bərabərliyi və hər hansı formada ayrıseşkiliyə yol verilməməsi;
-
Xarici ticarət fəaliyyəti iştirakçılarının hüquq və qanuni maraqlarının dövlət tərəfindən qorunması;
-
Dövlət və onun orqanlarının xarici ticarət fəaliyyətinə lüzumsuz müdaxilələrin, onun iştirakçılarına və bütövlükdə ölkə iqtisadiyyatına zərər vurulmasının istisna edilməsi.
Gömrük siyasəti dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir. Iqtisadi təhlükəsizlik məsələləri iqtisadiyyatın A.R –nın sosial, siyasi, müdafiə qabiliyyətinin və mütərəqqi inkişafının kifayət edəcək səbiyyəsini təmin edə bilən vəziyyətini tarazlaşdırma problemlərinin həlli yollarını , mümkün xarici və daxili təhlükələrə , onun iqtisadi maraqlarının xarici fəsillərdən asılı olması və kifayət qədər xətərdən qorunması qabiliyyətini nəzərdə tutur.
Gömrük siyasətinin mahiyyəti öz əksini gömrük tarif qanunvericiliyində , müxtəlif istiqamətli beynəlxalq gömrük birlikləri və münasibətləri yaradılmasında , sərbəst gömrük və ticarət zonalarının təşkil edilməsində tapır. Gömrük siyasəti dövlətin iqtisadi və xarici ticarət siyasətinin ayrılmaz hissəsidir. Bina görə də hökümətin ümumi iqtisadi strategiyasının məqsəd vəzifələrindən asılıdır.
Ölkə iqtisadiyyatının inkmişaf səviyyəsi və daxili istehsalşıların beynəlxalq rəqabət qabiliyyətindən asılı olaraq xarici iqtisadi siyasətin , o cümlədən də gömrük siyasətinin nisbətən dəqiq konturlara malik dörd növü müşahidə edilir :
-
Proteksionuzm
-
Yumşaq proteksionizm
-
Yumşaq sərbəst ticarət
-
Sərbəst ticarət (fritrederçilik)
Bu istiqamətlər , eyni zamanda ölkə iqtisadiyyatının xarici – iqtisadi müdaxilələrə açıqlıq dərəcəsini nümayiş etdirir.
Proteksionist gömrük siyasəti yerli istehsalın inkişafı üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Onun əsas məqsədi idxal edilən mallara gömrük vergi qoymasına daha yüksək səviyyəsini tətbiq etməklə əldə edilir.
Proteksionist siyasətdən fərqli olaraq aərbəst ticarət siyasəti gömrük rüsumlarının daha aşağı minimum səviyyəsini nəzərdə tutur. Daxili bazara xarici malların daha çox cəlb edilməsinə təhrik edir.
Vahid sistem kimi gömrük orqanı GM –də nəzərdə tutulan btün təşkilatları özündə cəmləşdirir. A.R Gömrük Komitəsinin tərkibinə daxildir : Naxçıvan gömrük komitəsi, Bakı Baş gömrük idarəsi, Astara gömrükxanası, Balakən gömrükxanası. Hava hüdudlarında Baş Gömrük idarəsi, Yevlax gömrükxanası, Gəncə gömrükxanası, xaçmaz gömrükxanası, Biləsuvar gömrükxanası, Şirvan gömrükxanası, Sədərək gömrükxanası, Tovuz gömrükxanası, Culfa gömrükxanası, Mərkəzi labaratorriya, “Azərterminal Kompleksi” – xarici \laq\l\r birliyi, avtomobil təsərrüfatı, tədris mərkəzi.
A.R. DGK –si hüquq mühafizə orqanı statusuna malikdir. Vahid sistem kimi gömrük komitəsi bütün gömrük orqanlarının məcmusudur. Onlar gömrük işinin həyata keçirilməsində qarşılıqlı əlaəqdə və qarşılıqlı hərəkətdə olmaqla ümumi prinsiplər sisteminə əsaslanər :
Bütövlülük – gömrük sistemi orqanlarının bir biri ilə qarşılıqlı əalaqə və qarşılıqlı asılılığı zamanı öz funksiyasının yeinə yetirilməsinin nəticəsini göstərir.
Quruluş uyğunluğu – gömrük orqanları sisteminin özünəməxsus təşkilati quruluş formalarının yaradılması , onların əlaqə və münasibətlər çərçivəsində , gömrük işində vahid texnoloji prosesin həyata keçirilməsi deməkdir.
Iearxiya – sistemi gömrük işinin həyata keçirilməsində gömrük orqanlarının səlahiyyətlərinin və funksiyalarının bölüşdürülməsi tebeçilik prinsiplərinə əsaslanmaqla şaquli və üfiqi münasibətləri xarakterizə edir.
Qarşılıqlı asılılıq – sistemi müxtəlif birliklərin və iştirakçıların xarici iqtisadi fəaliyyətdə fövlət hakimiyyət orqanları və gömrük orqanları ilə birlikdə qarşılıqlı münasibətlərini xarakterizə edir. Hər bir sistemin xarakterizə cizgiləri ona müstəqillik verə bilən məqsədyönlü istiqamətin və məqsədə uyğunluğun olmasıdır.
2. Gğmrük orqanları hüquq mühafizə orqanları olub vahid sistem təşkil edir. Bu sistemə aşağıdakılar aiddir :
-
Dövlət gömrük komitəsi
-
Məhəlli, ixtisaslaşmış idarələr
-
Gömrükxanalar
-
Gömrük postları\
Gömrük sisteminə daxil olmayan , lakin DGK –nın tabeçiliyində olan qurumlar aşağıdakılardır :
-
Gömrük məqsədləri üçün malların ekspertizasi və tədqiqini aparmaq üçün gömrük labaratoriyaları
-
Gömrük işi sahədində elmi tədqiqat işlərinin aparılması, kadr hazırlığı və onların ixtisasının artırılması məqsədləri ilə yaradılan elmi –təqqiqqat müəssələri, peşə yönümlü təşkil –tədris müəssələri
-
Gömrük orqanlarının , gömrük labaratoriyalarının , elmi –tədqiqat və tədris müəssələrinin, idarə və təşkilatların mülkiyyəti dövlət mülkiyyətidir.
Gömrükxanalar öz fəaliyyətlətini DGK –nın ümumi rəhbərliyi altında həyata keçirirlər. DGK –sı gömrükxananın fəaliyyət zonasının hüdudları müəyyən edir. Gömrükxanaların tabeçiliyində işin xarakterindən və həcmindən asılı olaraq gömrük postları yaradılır. Gömrükxanalrın fəaliyyət zonalarının sərhədləri respublikanın ərazisi – bölgü prinsipləri ilə müəyyən edilir.
Gömrükxanalara , onlara həvalə edilmiş vəzifə və funksiyaların terinə yetirilməsini təmin etmək üçün , geniş hüquqlar verir :
-
Mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilməsinə icazə vermək
-
Gömrük müayinəsi və gömrük nəzarətinin müxtəlif formalarını həyata keçirmək
-
Mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında eyniləşdirilməsini aparmaq
-
Gömrük məqsədləri üçün prob və nümunələrin götürülməsi və tədqiqatı
-
Deklorant və gömrük daşıyıcılarından gömrük rəsmiləşdirilməsi icrasında və gömrük nəzarətinin keçirilməsində köməklik göstərilməsini tələb etmək
-
Mal və nəqliyyat nasitələri buraxıldıqdan sonra gömrük nəzarəti həyata keçirmək
-
Öz səlahiyyətləri daxilində gömrük ödənişləri müddətinin uzadılması barədə qərar qəbul etmək
-
Gömrük qaydaların pozulmasına görə şəxslərin məsuliyətə cə\lb edilməsi
-
Gömrükxanannın struktur bölmələrinin fəaliyyət yerini , onların iş vaxtını müəyyən etmək.
Qəbul edilmiş ümumi qaydalara görə gömrük postları , adətən hüquqi şəxs statusuna malik olmur, amma DGK –nın qərarı ilə belə status müəyyən edilə bilər. Bu halda gömrük postunun müstəqil balansı, banklarda hesablaşma və digər hesabları yaradılır və post dövlət mülkiyyəti olan, ona verilmiş mülkiyyət üzərində operativ idarəetmə hüququ alır.
Gömrük postları üçün əsasən, aşağıdakı vəzifələr və funksiyaları müəyyən edilir :
-
Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin h\yata keçirilməsi
-
Qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma və cinayətlərə qarşı mübarizə aparılması.
3.İnfrastruktura – latın sözü olub ( infra – altında, struktura – quruluş, təşkilat) yardımçı quruluş mənasını daşıyır.
Beləliklə infrastruktura orqanın normal fəaliyyət göstərməsini təmin edən istehsal , qeyri istehsal, elmi sahələr kompleksidir. Gömrük infrastrukturuna xas olan ümumi və əlahiddə xüsusiyyətləri aşağıdakı kimi xarakterizə etmək olar :
-
Birincisi, o , bütövlükdə milli iqtisadiyyatın infrastrukturunda təcrid olnunur, onun tırkibindı yaradılır və fəaliyyət göstərir
-
Ikincisi , gömrük sistemi bütövlükdə tənzimetmə, hüquqi idarəetmə xarakterli institutlara sıx bağlı olan ümumi infrastrukturun tərkib hissəsidir. Bu keyfiyyətdə o, xarici iqtrisadi fəaliyyətin tənzimlənməsi sahəsində və iqtisadi təhlügəsizliyi təmin edilməsinə xidmət edir
-
Üçüncüsu gömrük infrastrukturunun gömrük sisteminin fəaliyyətinin təmin edilməsi kimi sahədaxili təyinatı var.
Gömrük sisteminin inkişaf fondu aşağıda göstərilən mənbələr hesabına yaradılır :
-
A.R –nın gömrük sərhəddindən əmtəə şəklində keçirilən nəqliyyat vasitələri , eləcədə müşayət olunmayan yük, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poiçt daşınmaları, eləcədə nəqliyyat vasitələri ilə daşınan yüklər və mallar daxil olmaqla gömrük rəsmiləşdirilməsinə görə alınmış yığımlar
-
Mütəxəsislərə gömrük rəsmiləşdirilməsi üçün ixtisas attestatlarının verilməsinə və ixtisas attestatlarının bərpasına, gömrük ödəmələrini ödənilməsinə zəmanət verən bankların və digər kredit təşkilatlarının reyestere daxil edilməsinə görə alınan yığımlar
-
Gömrük işi sahəsində , qaçaqmalçılığa gömrük qaydaları pozulmasına görə müəyyən edilmiş qaydadan A.R – nın mülkiyyətinə keçirilən malların , nəqliyyat vasitələrinin və digər predmetlərin satışından əldə olunan vəsaitlər
-
Girov əşyası hesab olunan mallrın və nəqliyyat vasitələrinin hərraclarının satışından əldə olunan dövlət büdcəsinə köçürülən vasitədən artıq olan məbləğ
-
Gömrük sisteminin inkişaf fondu vəsaitlərinin bank hesablarında və digər kredit orqanlarının hesablarında yerləşdirilməsindən və saxlanılmasından əldə olunan mənfəət
-
Gömrük hərraclarında iştirakdan gedən ödəmələr və komission həvəsləndirmələr.
-
A.R gömrük qanunvericiliyində nəzərə tutulmuş maddi ziyana görə ödənmiş məbləğ və digər gömrük ödəmələri
-
A.R –nın gömrük qanunvericiliyində Maliyyə Nazirliyi ilə razılaşdırılmış digər daxil olmalar.
Mövzu 2
Arərbaycan Respublikası Gömrük keçirilən malların və nəqliyyat vastələrinin Gömrük rəsmiləşdirilməsi və Gömrük nəzarətinin təşkilinin əsas prinsipləri.
Plan:
-
Malların və nəqliyyat vastələrinin Gömrük rəsmiləşdirilməsi və Gömrük nəzarətinin mahiyəti və məzmunu.
-
Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin təşkilinin əsas istiqamətləri.
-
Gömrük orqanlarında ilkin əməliyyatların təyin edilməsi tətbiqi qaydaları.
-
İdxal və ixracınqadağan edilməsi və məhdudlaşdırılması.
-
Mallara və nəqliyyat vastələrinə Gömrük nəzarətinin nümunəvi sxeminin təşkili.
1. Malların və nəqliyyat vastələrinin Gömrük rəsmiləşdirilməsi və Gömrük nəzarətinin mahiyəti və məzmunu.
Xarici iqtisadi fəaliyyət və ilk növbədə xarici ticarət həm hüquqi həm də fiziki şəxslər tərəfindən malların və nəqliyyat vastələrinin ölkənin Gömrük sərhədindən keçirilməsi ilə bilavasitə bağlıdır.Odur ki mallarin və nəqliyyat vastələrinin üzərinə Gömrük nəzarəti qoyulmalı və Gömrük rəsmiləşdirilməsi aparılır. Gömrük sərhədindən keçirilən mallarin və nəqliyyat vastələrinin Gömrük nəzarəti və Gömrük rəsmiləşdirilməsinin mahiyyəti və mexanizmini başa düşmək üçün bu proseslə bağlı əsas terminlərin və anlayışların (mövhümların) nəzərə alınmasınin vacic şərtlərdəndir
Gömrük-yunanca “kunevki” –sözündən olub asağidakı mənalarə bildirir.
-
Bir ölkədən başqasına idxal ixrac olunan mallar və əşyalardan alınan vergini
-
Vergilərin alınmasına mallarin, əşyaların nəqliyyat vastələrinin və sərnişinlərin keçirilməsinə nəzarət edən dövlət təşlkilatı
-
Ölkənin giriş və çıxış qapılarında Gömrük nəzarətinin aparıldığı yer
-
Müvafiq dövlət orqanlarının müəyyən funsiyalarını yerinə yetirərkən qanunvericilikdə göstərilən məbləğdə tutulan pul rüsunlarını
-
Ölkəyə gətirilən və ölkədən aparılan mallardan şeylərdən alınan dövlət rüsumlarını ifadə edir.
Gömrükxana “Tamqa” sözündən meydana Gömrükəlib, yeni mallardan rüsum almaq deməkdir.Həmin mallardan rüsum alınan yer “Tamoji” burada işləyən adamlara isə “Tamojnik” sonralar “Gömrükçü” adlandırılmışdır.
Müasir Gömrükxana dövlət orqanı olub onun vastəsi ilə rəsmələşdirlməsi və nəzarəti aparılaraq bütün idxal ixrac malları habelə digər yüklər ölkəyə Gömrükətirilir və onun ərazisindən aparılır. Gömrükxana vahid Gömrük orqanları sistemin daxildir.
Gömrük ərazisi- Arərbaycan Respublikasının Gömrük ərazisi ölkənin quru ərazisi daxili suları və onları əhatə edən hava qatıdır.Habelə Gömrük ərazisinə dəniz iqtisadi zonasında yerləşən Gömrük isi sahəsində bilavasitə ölkənin hüdudlarına aid onan süni adalar,su hövzələri,qurğular və tikintilər daxildir. Gömrük ərazisinə rabitə ərazisidə şamil edilir.Ölkənin xaricdə yerləşən nəqliyyat vastələri və nümayəndəlik binalarıda Gömrük ərazisi hesab edilir.Ümumiyətlə Gömrük ərazisi Gömrük qanunvericiliyinin tam həcmdə tədbiq olunduğu ərazidir.Ölkənin ərazisi vahid Gömrük ərazisidir.
Gömrük sərhədi-Arərbaycan Respublikasınin Gömrük ərazisinin hüdudları sərbəst Gömrük zonaları və sərbəst anbarlar yerləsən ərazilərdir.Dövlət sərhəddinin gömrük sərhəddinə uyğunluğu nisbi bölgüdür.Belə ki siyasi sərhəd ərazilərinnən keçən müəyyən xətdi zolaqdan gömrük sərhəddi ilə idxal və ixrac mallarina valyuta sərvətlərinə və s. faktiki həyata keçirilən və lazim gömrükəldikdə malları gömrük vergilərin cəlb edən müxtəlif qayda və qanunlara nəzarət edən gömrük şəbəgəsi məntəqələrindən ibarətdir. Gömrük sərhəddi sərhəd qanunlarının ,sərhəd buraxılış nəzarət məntəqələrinin yerləşdiyi dövlət sərhəddisahəsində olan gömrük məntəqələrişəbəkəsindən ibarətdir.Həmçinin gömrük sərhəddi ölkənin “İqtisadi sərhəddi” ticarət,valyuta və vergi sərhəddidir.
Mallar-Beynəlxalq yük və sərnişin daşımalarında istifadə olunan nəqliyyat vastələri müstəsna olmaqla dövlət və ya gömrük sərhəddindən danışan intelektual əmək və digər elmi ləvazimatlar,əmlak valyuta,sərvət,elektrik,istilik və s. enerji növləri habelə nəqliyyat vastələridir.
Nəqliyyat vastələri-ölkənin gömrük ərazisinə və ya həmin ərazidən yola düşən yük baqaj və sərnisinlərin beynəlxalq daşımaları üçün istifadə olunan habelə qanunvericilikdə göstərilməyən qeyri- gömrük ərazisindən başqa təsərrüfat fəaliyyəti üçün nəzədə tutulmuş nəqliyyat vastələridir.
Arərbaycan malı-Arərbaycan bütövlük də istehsal olunmuş və ya “Gömrük tarifi” haqqında qanunun tələblərinə uyğun olaraq kifayət qədər emala məruz qalmış mallardır.Malların Arərbaycana mənsubiyyəti Sənaye Ticarət Palatası tərəfindən verilmiş mənşə sertifkatı və ya xüsusi ekspertizaya görə müəyyən edilir.
Xarici öllkə mallları-Arərbaycanın malı hesab olunmayan bütün başqa mallardır.Malların sahibləri həm Arərbaycanın həm də xarici ölkələrin hüquqi və fiziki şəxsləlri ola bilərlər.Malların və nəqliyyat vastələrinin gömrük sərlhəddindən kecirilməsi llhüquqi və fiziki şəxslər, mal sahibləri,onların etibarlıtəmsilçiləri(agentləri gömrük brokeri, gömrük daşıyıcıları və s)vastəlsi ilə həyata keçirilə bilər.
Malları keçirməli olan şəxs-bu şəxs malların alıcısı sahibi və yaxud Arərbaycan Respublikası qanunvericiliyinə uygun olaraq başqa keyfiyyətdən çıxış edın və gömrük məcəlləsində nəzərdə tutulan maddələrə görə ona tam məhsuliyyət daşıyanlar ola bilər.
Deklarant- mallarin və nəqliyyat vastələrini keçirən səxs yaxud gömrük brokeri deklarant ola bilər.
Deklarant mallarin və nəqliyyatların Arərbaycan Respublikasınin gömrük sərhədinnən keçirən şəxs və ya gömrük brokeri olub olmamasından asılı llolmayaraq bütün vəzifələri yerinə yetirir və Gömrük Məcəlləsində nəzərdə tutulan qaydada tam məhsuliyyət daşıyır.
Gömrük Brokeri (Vastəçisi)-Ölkənin qanunvericiliyinə əsasən yaradılmış və gömrük orqaları (Gömrük komitəsi departament baş gömrük idarəsi)tərəfindən gömrük rəsmiləşdirilmə əməliyyatlarının gömrük işi sahəsində başqa vastəçilik funksiyalarını öz hesabına və ya müqavilə üzrə təmsilçi tapşırığı əsasında keçirən lisenziyaalmış hüquqi şəxslərdir.
Gömrük daşıyıcısı faktiki-olaraq malların keçirilməsinə yaxud nəqliyyat vastələrindən istifadəyə cavabdeh şəxs hesab olunur.Xarici iqtisadi fəaliyyətin yaxud xarici ticarətin həyata keçirilməsi prosesində əmələ gömrükələn bütün bu coxcəhətlivəziyyət,münasibət və əlaqələr müvafiq qanunverici sənətlər və normativ aktlarla tənzimlənir.Xarici iqtisadi fəaliyyətin səmərəli aparılması hesabına dövlət büdcəsi formalaşdırılır,müəyyən gömrükəlir əldə edir.Vacib avadanlıqlar ,xammal və matreal ,mütərəqqi texnalogiya alır öziqtisadiyyatını yenidən qurmaq üçüçn mallar alır əhalinin tələbatını ödəyir öz mallarını ixrac edir və özünün xarici siyasətəni həyata keçirir
Gömrük Rejimi –hər br ölkədə gömrük orqanları tərəfindən malların statusunu təyin etmək məqsədi ilə tətbiq olunan hüquq öhdəlik və qaydaların məcmusudur.Yəni malın gömrük sərhədindən keçirilmə xarakteri və məqsədindən aslı olaraq həmin mala samil edilən gömrük proseduralarının toplusudur. Gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük nəzarəti fiziki və hüquqi şəxslər tərəfindən yüklərin və nəqliyyat vasitələrinin valyuta və sərhədlərin idxal və ixracının müəyyən olunmuş qanunla tənzimlənməsi üçün dövlətin gömrük orqanlarinın həyata keçirdikləri lazımı tədbirlərdir.
Gömrük Rəsmiləşdirilməsi-ölkənin sərhədinnən keçirilən mallarin və əmlakların (müvəqqəti idxal və müvəqqəti ixracdan daxil olmaqla)ölkəyə ya da xaricə buraxılısı ilə əlaqədar həyata keçirilən tədbirllərin sənətləşdirillməsidir
Gömrük rüsumu- gömrük tarifində nəzdə tutulmuş gömrük vergilərinin bir növüdür.
Gömrük orqanları tərəfindən malların olkə ərazisinə idxalı və ölkə ərazisindən ixracı zamanı onların gömrük dəyərindən tutulan rusumlaardır.
Gömrük Rüsum Dərəcələri- mili və va xarici valyuta ilə alınan məbləğdir.Onların aşağıdakı növləri vardır:
Advaler,Spesfik,Kobinə olunmuş.
Arərbaycan Respublikası qanunvericiliyində və başqa normativ aktlarda xarici iqtisadi əlaqələrin o cümlədən xarici ticarət fəaliyyətinin tənzimlənməsində gömrük orqanlarında sistemin yeri və rolu göstərilmiş,onların əsas funksiyaları prinsipləri,yerinə yetirmə metodu və vasitələri müəyyən edilmiş gömrük orqanlarının fəaliyyət qaydaları verilmişdir.
Gömrük nəzarətinin obyektinə aiddir:Mallar və nəqliyyat vastələri Arərbaycanin gömrük sərhəddindən yerləşdiyi əraziləri onlara dair sənətlər,matreallar,mallara əlaqəsi olan fiziki və huquqi şəxslər-malların sahibləri ,şəxs ,onlların tapşırığı ilə hərəkət edən –gömrük brokeri,deklarant,gömrük daşıyıcısı və s. onların sənətləri faktiki vəziyyətdən asili olaraq müəyyən edilmiş qaydada mallarin və nəqliyyat vastələrinin gömrük sərhəddindən keçirilməsi gömrük rejiminin gözlənilməsi mallarin və nəqliyyat vastələrinin gömrük kecirilməsı üçün deklarlantın secillməsində gömrük orqanlarının münasibəti və razılığı
Gömrük nəzarətinin subyektlərinə-Arərbaycan Respublikası gömrük orqanı sistemi və onun vəzifəli şəxsləri ,xarici iqtisadi fəaliyyət istirakciları ilə qarşılıqlı əlaqədə olan gömrük sərhəddindən malların kecirilməsi və xidmətlərin göstərilməsi həmcinin başqa şəxslər tərəfindən kecirilən nəqliyyat vastələri və şəxsi əmlak ,əşyalar aid edilir. Gömrük nəzarətinin subyekti xarici iqtisadi fəaliyyət istirakciları barədə daxil olan informasiyaları yoxlayir bu sahədə buraxılan qüsurların buraxılması onun aradan qaldırılması lllyallarını öyrənir, gömrük qanunvericiliyinə uyğun olaraq qərarlar qəbul edirvə həyata kecirir.
Gömrük Nəzarətinin subyekti daha doğrusu gömrük nəzarətcisi nəzarətə dair butun tədbirləri özündə ümumiləşdirir.Faktiki olaraq gömrük norma və qaydalarına riayət edilməsi prosesini izləyir gömrük sərhəddindən mallarin kecirilməsi zamani nəzarətci səxslərlin ayrildiqda normal və qeyrinormal hərəkətlərini müsahidə edir vəonlaın fəaliyyətini tənzimləyir.Bu tədbirlərin məcmuu konkret vəziyyətdən aslı olaraq təslkilati idarəetmə tədbirlərini özündə cəmləşdirir müəyyən obyekdə qanunun basqa normativ aktlarin həcminin gömrük nəzarətinin təskili və həyata kecirillməsi idarə edilməsi məsələlərini təmin edir.
2. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin təşkilinin əsas istiqamətləri.
Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin təşkili- mallarin və nəqliyyat vastələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar gömrük lorqanlarının apardıqları kompleks tədbirlərdir.Bu kompleks özundə gömrük və gömrük ətraflı infrastrukturu birləşdirməklə nəzərdə tutulan ərazilərdə və başqa yerlərdə və həmçinin gömrük nəzarəti üçün nəzərdə tutulan mallarin və nəqliyyat vastələrinin olduğu yerlərdən gömrük rəsmiləşdirilməsini aparmağa imkan verir.
Gömrük sərhəddinin kəsişdiyi yer və vaxt. Gömrük Qanunvericiliyində və qanunverici normativ sənədlərdə mallarin və nəqliyyat vastələrinin gömrük sərhəddindən kecirilməsinin yeri və vaxdı gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi qaydaları eyni zamanda malların gömrük nəzarətində olması vaxdı müəyyənləsdirilmişdir.Belə ki mallarin və nəqliyyat vastələrinin Arərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi gömrük orqanlarının müəyyən etdiyi yerdə və onların vaxdinda aparılır.Bununla yanaşı mallarin və nəqliyyat vastələrinin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə başqa yerlərdə və iş vaxdindan kənarvaxtlarda aparıla bilər.Eyni zamanda Arərbaycan Respublikasınin gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı kateqoriyalı mallarin və nəqliyyat vastələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin aparılması Arərbaycan Respublikasınin meəyyən gömrük orqanlarına həvalə edə bilər.
Gömrük nəzarəti nə gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt.
Gömrük sərhəddinin kəsişdiyi yerlərə (buraxılış məntəqələrinə) gömrükətirilən mallari və nəqliyyat vastələri gömrük nəzarətinə götürülür və onların gömrük ərazisindən lkənara çıxarılması zamanı faktiki nəzarət həyata keçirilir.
Gömrük rəsmiləşdirilməsi. Gömrük orqanlarının fəaliyyət sferasına aid olmaqla bunun üçün müəyyən edilmiş yerlərdə regionlarda gömrük işini aparan struktur bölmələri tərəfindən yerinə yetirillir.Bununla yanaşı maraqlı şəxslərlin xahişi və onların razılığı iləl şəxsin fəaliyyət göstərdiyi regionda və həmçinin başqa yerlərdə gömrük rəsmiləşdirilmə apara bilər
Mallarin və nəqliyyat vastələrinin göstərildiyi və təqdim olunduğu yer. Gömrük orqanında mallarin və nəqliyyat vastələrinin təqdim olunan yerə gömrükətirilməsi əsasən buraxilışa qədər və ya təqdim olunacaq şəxsə verilənə kimi deklarasiya olunan və saxlamaq məqsədi ilə seçilmiş gömrük rejiminə uyğun olaraq müvəqqəti saxlanc anbarında saxlanması nəzərdə tutulur.
Arərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ayrı-ayrı kateqoriya mlların idxalı və gömrük rəsmiləşdirilməsinin ancaq müəyyən gömrük orqanlarında aparılması hüququ verilmişdir.Belə bir qaydadada spirtli içkillərin tütün məmulatının idxalına,gömrük rejimində saxlanmasına və azad dövriyyə buraxılışına aid edilmişdir.Odurki spirtli içkilər tütün məmulatı Dovlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada müvafiq aksis malları lvurulmaqla gömrük rəsmiləşdirilməsinətəqdim edilir
Dostları ilə paylaş: |