yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların
bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi;
keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan
qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla
və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının
mismarlanması;
tamburların çıxışlarında (şəxsi yaşayış evləri və mənzillər istisna olmaqla)
paltarın qurudulması, qarderob
kimi istifadə edilməsi, avadanlıq və materialların
müvəqqəti və ya daimi saxlanılması;
köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən
qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması;
pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbit
(fiksasiya) etmək və ya çıxartmaq.
5.4. O
taqlarda texnoloji, sərgi və digər avadanlıqların yerini dəyişdikdə pilləkən
qəfəslərində köçürmə keçidləri və digər köçürmə yolları, layihə normalarına uyğun
olmalıdır.
5.5. Kütləvi insan toplaşan binalarda elektrik enerjisinin kəsilməsi hallarını nəzərə alaraq,
xidməti hey`ət elektrik işıqlandırıcıları ilə tə`min edilməlidirlər.
İşıqlandırıcıların sayı növbətçi hey`ətin hər bir əməkdaşına, bir dənədən
az olmamaq şərti
ilə, binada olan insanların, növbətçi hey`ətin sayının və obyektin xüsusiyyətini nəzərə
almaqla rəhbərlik
tərəfindən müəyyən edilməlidir;
5.6. Kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça zolaqları və digər döşəmə
örtükləri döşəməyə möhkəm bərkidilməlidir.
Dostları ilə paylaş: