«Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə



Yüklə 403,82 Kb.
səhifə1/3
tarix04.01.2022
ölçüsü403,82 Kb.
#55230
  1   2   3

«Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə mədaxilini təmin etmək üçün aşağıdakı minimum tapşırıqlar müəyyən edilsin:

(mlrd. manatla)


Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə

4062.0

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə

1020.0

2. İri vergi ödəyiciləri olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Rabitə Nazirliyi, «Azərenerji» Səhmdar Cəmiyyəti, Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti, «Azərkimya» Dövlət Şirkəti, «Azərbaycan Hava Yolları» Dövlət Konserni qanunvericiliklə müəyyən olunmuş vergilərin vaxtında dövlət büdcəsinə ödənilməsini təmin etsinlər və növbəti ayın 15-dək əvvəlki ay ərzində hesablarına və kassalarına daxil olmuş pul vəsaitinin məbləği və onun istifadə istiqamətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu orqanların hazırladığı forma üzrə hesabat təqdim etsinlər.

3. «Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin əsas xərcləri aşağıdakı kimi bölüşdürülsün:



(milyon manatla)





Yüklə 403,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin