«Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə



Yüklə 0,5 Mb.
səhifə1/6
tarix04.01.2022
ölçüsü0,5 Mb.
#57678
  1   2   3   4   5   6

«Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:



1. «Azərbaycan Respublikasının 2004-cü il büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmasını təmin etmək üçün:

1.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 4900,0 milyard manat, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə isə 1200,0 milyard manat məbləğində minimum hədd müəyyən edilsin.

1.2. Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər aşağıdakı məbləğdə təsdiq edilsin:

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələr üzrə

25,0 milyard manat

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə

20,0 milyard manat

2. İri vergi ödəyiciləri olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, «Azərenerji» Səhmdar Cəmiyyəti, «Azərsu» Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti, «Azərikimya» Dövlət Şirkəti, «Azərbaycan Hava Yolları» Dövlət Konserni növbəti ayın 15-dək əvvəlki ay ərzində hesablarına və kassalarına daxil olmuş pul vəsaitinin məbləği və onun istifadə istiqamətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu orqanların hazırladığı forma üzrə hesabat təqdim etsinlər.

3. «Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin əsas xərcləri aşağıdakı kimi bölüşdürülsün:



(milyon manatla)

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin