7.
|
Mənzil-kommunal təsərrüfatı xərcləri
|
176546,8
|
12149,2
|
164397,6
|
|
o cümlədən:
|
|
|
|
|
Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi
|
2147,6
|
2147,6
|
|
|
«Azərsu» Səhmdar Cəmiyyəti
|
10001,6
|
10001,6
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
10303,0
|
|
10303,0
|
|
Digər şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
154094,6
|
|
154094,6
|
8.
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri
|
495 105,1
|
456 981,1
|
38 124,0
|
|
o cümlədən:
|
|
|
|
8.1
|
Kənd təsərrüfatı xərcləri
|
354 206,5
|
319 016,3
|
35 190,2
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
|
37 940,5
|
37 940,5
|
|
|
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
35676,2
|
35676,2
|
|
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi
|
245 399,6
|
245 399,6
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
35 190,2
|
|
35 190,2
|
8.2
|
Meşə təsərrüfatı xərcləri
|
19 649,1
|
18 534,3
|
1 114,8
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
18 534,3
|
18 534,3
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
1 114,8
|
|
1 114,8
|
8.3
|
Balıqçılıq sahəsinin xərcləri
|
1 859,4
|
1777,7
|
21,3
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
1 838,1
|
1 838,1
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
21,3
|
|
21,3
|
8.4
|
Digər kateqoriyalara aid edilməyən fəaliyyət və xidmətlərin xərcləri
|
119 390,1
|
117 592,4
|
1 797,7
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
16 272,1
|
16 272,1
|
|
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
|
1 320,3
|
1 320,3
|
|
|
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti
|
100000,0
|
100000,0
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
1 797,7
|
|
1 797,7
|
9.
|
Sənaye və tikinti xərcləri
|
835 924,3
|
810 244,3
|
25 680,0
|
|
o cümlədən:
|
|
|
|
9.1
|
Sənaye xərcləri
|
15075,0
|
14395,0
|
680,0
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
14395,0
|
14395,0
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
680,0
|
|
680,0
|
9.2
|
Tikinti xərcləri
|
820 849,3
|
795 849,3
|
25 000,0
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi
|
849,3
|
849,3
|
|
|
Dövlət əsaslı vəsait qoyuluşu
|
820 000,0
|
795 000,0
|
25 000,0
|
|
ondan:
|
|
|
|
|
- Naxçıvan Muxtar Respublikasının əsaslı vəsait qoyuluşu
|
25000,0
|
|
25000,0
|
10.
|
Nəqliyyat və rabitə xərcləri
|
487 528,6
|
476 528,6
|
11 000,0
|
|
o cümlədən:
|
|
|
|
|
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
|
153320,0
|
153320,0
|
|
|
ondan:
|
|
|
|
|
- avtomobil yolları təsərrüfatı
|
150120,0
|
150120,0
|
|
|
- avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi ilə bağlı xərclər
|
3200,0
|
3200,0
|
|
|
«Azərbaycan Hava Yolları» Dövlət Konserni
|
258143,6
|
258143,6
|
|
|
ondan:
|
|
|
|
|
- Naxçıvan Muxtar Respublikasına edilən aviareiyslərə görə yaranmış zərərin ödənilməsi
|
43643,6
|
43643,6
|
|
|
- «Azərbaycan Hava Yolları» Dövlət Konserni tərəfindən alınacaq təyyarədə Azərbaycan Hökumətinin payı
|
214500,0
|
214500,0
|
|
|
Bakı şəhər İcra Hakimiyyətinin yol təsərrüfatı
|
30030,0
|
30030,0
|
|
|
Bakı Metropoliteni (metronun fəaliyyətini tənzimləmək üçün dövlət yardımı)
|
35 035,0
|
35 035,0
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
11000,0
|
|
11000,0
|
11.
|
İqtisadi fəaliyyətlə bağlı digər xərclər
|
252 810,8
|
237 800,8
|
15 010,0
|
|
o cümlədən:
|
|
|
|
11.1
|
Təchizat, ticarət, ictimai iaşə üzrə xərclər
|
287,4
|
287,4
|
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi
|
287,4
|
287,4
|
|
11.2
|
Turizm xərcləri
|
3500,0
|
3500,0
|
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi
|
3500,0
|
3500,0
|
|
11.3
|
Çoxsahəli inkişaf layihələri üzrə xərclər
|
249 023,4
|
234 013,4
|
15 010,0
|
|
o cümlədən:
|
|
|
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
|
48 828,3
|
48 828,3
|
|
|
ondan:
|
|
|
|
|
-iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər
|
1328,3
|
1328,3
|
|
|
- dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi xərcləri
|
47 500,0
|
47 500,0
|
|
|
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (sahibkarlığın inkişafı ilə bağlı xərclər)
|
200195,1
|
185185,1
|
15010,0
|
|
ondan:
|
|
|
|
|
- Naxçıvan Muxtar Respublikası üzrə
|
15010,0
|
|
15010,0
|
12.
|
Əsas bölmələrə aid edilməyən xərclər
|
834 988,1
|
808 590,6
|
26 397,5
|
|
o cümlədən:
|
|
|
|
12.1
|
Əsas bölmələrə aid edilməyən xərclər
|
724 988,1
|
703 590,6
|
21 397,5
|
|
ondan:
|
|
|
|
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (lisenziya blanklarının çap edilməsi ilə bağlı xərclər)
|
100,0
|
100,0
|
|
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
334 305,4
|
333 710,4
|
595,0
|
|
ondan:
|
|
|
|
|
- aksiz markalarının, viza blanklarının və büdcə təşkilatları üçün smeta və digər blankların çap edilməsi ilə bağlı xərclər
|
4695,0
|
4695,0
|
|
|
-valyuta konvertasiyası üzrə xərclər
|
3000,0
|
3000,0
|
|
|
- Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması ilə bağlı xərclər
|
400,4
|
400,4
|
|
|
- məhkəmənin qərarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı xərclər
|
615,0
|
615,0
|
|
|
- aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərərçəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi ilə bağlı xərclər
|
595,0
|
|
595,0
|
|
ondan:
|
|
|
|
|
- Naxçıvan Muxtar Respublikası üzrə
|
30,0
|
|
30,0
|
|
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (viza blanklarının qeydiyyatı üçün avadanlığın alınması və proqram təminatı xərcləri)
|
12000,0
|
12000,0
|
|
|
Şimali Atlantika Birliyinin «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər
|
1460,0
|
1460,0
|
|
|
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri
|
366000,0
|
346320,2
|
19679,8
|
|
ondan:
|
|
|
|
|
- Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə
|
5276,4
|
|
5276,4
|
|
Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər
|
10000,0
|
10000,0
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
249,9
|
|
249,9
|
|
Digər şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
872,8
|
|
872,8
|
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (01 iyun 2005-ci il tarixədək ixrac olunan neftin satış qiyməti ilə büdcə hesablamaları üçün nəzərdə tutulan qiymət arasında fərq hesabına dövlət büdcəsinə daxil olmuş və xəzinədarlığın xüsusi hesabında toplanmış vəsaitin Dövlət Neft Fonduna köçürülməsi)
|
325 000,0
|
325 000,0
|
|
12.2
|
Ehtiyat fondunun xərcləri
|
100 000,0
|
95 000,0
|
5000,0
|
|
ondan:
|
|
|
|
|
Naxçıvan Muxtar Respublikası büdcəsinin ehtiyat fondu
|
5000,0
|
|
5000,0
|
12.3
|
Yerli büdcələrə verilən dotasiya
|
10000,0
|
10000,0
|
|
13.
|
Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
|
160 955,8
|
160 955,8
|
|
|
o cümlədən:
|
|
|
|
13.1
|
Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi
|
67 400,1
|
67 400,1
|
|
|
ondan:
|
|
|
|
|
-dövlət daxili uduşlu istiqraz vərəqələri üzrə
|
4004,0
|
4004,0
|
|
|
-«Kapital Bank» Səhmdar Bankının zəruri kapitala və likvidliyə olan tələbini ödəmək üçün buraxılmış istiqraz vərəqələri üzrə
|
16934,9
|
16934,9
|
|
|
-mərkəzləşdirilmiş kredit resursları üzrə Milli Bankın silinmiş əsas borcunu bağlamaq məqsədilə buraxılan istiqraz vərəqələri üzrə
|
912,9
|
912,9
|
|
|
-qısamüddətli dövlət istiqraz vərəqələri üzrə
|
15 030,0
|
15 030,0
|
|
|
-1992—1996-cı illərdə dövlət büdcəsinin kəsirinin örtülməsi üçün Milli Bankdan istifadə edilmiş 345,2 mlrd. manat məbləğində mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq məqsədilə buraxılan istiqraz vərəqələri üzrə
|
518,3
|
518,3
|
|
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (İpoteka kreditlərinin maliyyələşdirilməsi)
|
30 000,0
|
30 000,0
|
|
13.2
|
Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi
|
93 555,7
|
93 555,7
|
|
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-
«Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsini nəzarətdə saxlasın və zəruri hallarda müvafiq tədbirlər görsün;
-
bu Fərmanın 3-cü bəndinin 1.2-ci yarımbəndində «Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri», 1.6-cı yarımbəndində «Beynəlxalq təşkilatlara üzvlük haqqı», 12.1-ci yarımbəndində «Şimali Atlantika Birliyinin «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər», 12.2-ci yarımbəndində «Ehtiyat fondunun xərcləri», 12.3-cü yarımbəndində «Yerli büdcələrə verilən dotasiya» və 13.2-ci yarımbəndində «Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi» üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünü həyata keçirsin;
-
bu Fərmanın 3-cü bəndinin 12.1-ci yarımbəndində nəzərdə tutulmuş «Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri»nin istiqamətlər və təşkilatlar üzrə bölgüsünü bir ay müddətində təsdiq etsin;
-
bu Fərmanın 3-cü bəndinin 12.1-ci yarımbəndində nəzərdə tutulmuş «Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər» üzrə vəsaitin qanunvericiliyə uyğun istifadə olunmasını təmin etsin;
-
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 3-cü bəndinin 9.2-ci yarımbəndində «Dövlət əsaslı vəsait qoyuluşu» üzrə nəzərdə tutulan vəsaitin on gün ərzində konkret obyektlərin maliyyələşdirilməsinə yönəldilməsi üzrə bölgüsünü təsdiq etsin;
-
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələrin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, «Azərenerji» Səhmdar Cəmiyyətinin, «Azərsu» Səhmdar Cəmiyyətinin, Azərbaycan Dövlət Dəmir Yolunun, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, «Azəriqaz» Səhmdar Cəmiyyətinin, «Azərikimya» Dövlət Şirkətinin, «Azərbaycan Hava Yolları» Dövlət Konserninin və Bakı Metropoliteninin 2005-ci il üçün gəlir və xərclər smetalarını rüblər üzrə bölgüsünü aparmaqla bir ay müddətində təsdiq etsin;
-
kommunal sahədə aparılan islahatlara uyğun olaraq aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
ətraf mühitin qorunması sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin mövcud vəziyyəti barədə hesabatı və bu istiqamətdə həyata keçirilməsi tələb olunan tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin paylarının (səhmlərin) idarə olunmasının təkmilləşdirilməsi məqsədilə bir ay müddətində müvafiq qaydaları təsdiq etsin;
-
tikinti-quraşdırma və təmir işlərinin müasir tələblərə uyğun qiymətləndirilməsi məqsədilə xərc smetalarının hesablanması üçün zəruri olan yeni normativ bazanın hazırlanması ilə bağlı müvafiq işlərin görülməsini sürətləndirsin;
-
xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, məktəbəqədər təhsilin təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
orta ixtisas, peşə məktəblərində və peşə litseylərində təhsilin səmərəsini artırmaq məqsədilə bu sahədə struktur islahatlarının aparılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
əhaliyə ilkin tibbi yardım mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə struktur islahatlarının aparılması və icbari tibbi sığortanın tətbiqi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
aidiyyəti dövlət orqanları ilə birlikdə ölkədə ümumi istifadədə olan avtomobil yollarının istismarı (saxlanılması və təmiri) üzrə xərc normativlərini bir ay müddətində hazırlayıb təsdiq etsin;
-
Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirsin;
-
dövlət mülkiyyətində olan torpaqların ayrı-ayrı dövlət orqanları tərəfindən icarəyə verilməsinə görə icarə haqqının dövlət büdcəsinə daha dolğun ödənilməsini təmin edən tədbirlər həyata keçirsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
-
2005-ci ilin dövlət büdcəsinə daxilolmaların aylıq və rüblük bölgüsünü Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla təsdiq etsin;
-
«Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci, 14—17-ci və 21-ci maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini, bu Fərmanın 3-cü bəndinin 13.1-ci yarımbəndində «Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi» üzrə nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin;
-
dövlət büdcəsi xərclərinin strukturunu təkmilləşdirmək və büdcə vəsaitindən daha səmərəli istifadə etmək məqsədilə hazırda büdcədən maliyyələşən ayrı-ayrı təşkilatların özünümaliyyə prinsipinə keçirilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların xərclər smetasının və ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi işlərinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb müvafiq qərar qəbul edilməsi üçün üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
-
dövlətin xarici borcunun vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin və vaxtı çatmış borcların qaytarılmasında yaranmış problemlərin həllinə dair təkliflər versin;
-
büdcədənkənar vəsaitin toplanmasına və istifadəsinə nəzarəti gücləndirsin və növbəti ildən başlayaraq, bu gəlirlərin mərhələlərlə dövlət büdcəsinə daxil olmasını təmin edən tədbirlər həyata keçirsin.
6. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
-
dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitin bu Fərmanın 3-cü bəndinin 11.3-cü yarımbəndində müəyyən edilmiş istifadə istiqamətləri üzrə bölgüsünü bir ay müddətində həyata keçirsin;
-
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə beynəlxalq maliyyə-kredit təşkilatları və xarici ölkələrin maliyyə qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində alınan vəsaitdən aqrar sahənin inkişafına yönəldilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi ilə birlikdə enerji resurslarından səmərəli istifadənin təmin olunması, istehlakçıların enerji təchizatının etibarlılığının yüksəldilməsi və enerji sektorunun maliyyə durumunun yaxşılaşdırılması məqsədilə daha təkmil tarif sisteminin tətbiq olunmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
iqtisadiyyatda həyata keçirilən islahatları daha da sürətləndirmək məqsədilə qanunvericiliyə uyğun olaraq müxtəlif sahələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi enerji sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına subsidiyanın müəyyən olunmuş limitinə riayət olunmasına nəzarət etsinlər.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, 2005-ci ilin dövlət büdcəsində dövlət investisiya xərcləri üçün ayrılan vəsaitin təyinatı üzrə və səmərəli istifadəsi ilə bağlı ildə iki dəfə təhlillər aparsınlar və nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
9. Təbii inhisar subyektləri və dövlət inhisarında olan müəssisə və təşkilatlar hər ilin 1 iyun tarixindən gec olmayaraq, məhsulların (xidmətlərin, işlərin) qiymətlərinin (tariflərinin) dövlət tənzimlənməsi ilə bağlı əsaslandırılmış təkliflərini Azərbaycan Respublikasının Tarif Şurasına təqdim etsinlər.
10. Təbii inhisar subyektləri və dövlət inhisarında olan müəssisə və təşkilatlar təsdiq olunmuş Dövlət Reyestrinə uyğun olaraq məhsulların, xidmətlərin qiymətlərinin (tariflərinin) iqtisadi şəraitə uyğun çevik tənzimlənməsi məqsədilə istehsal olunan məhsulların və göstərilən xidmətlərin həcmi və xərcləri barədə hesabatlarını hər rüb Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər.
11. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi:
-
əlaqədar dövlət orqanları ilə birlikdə hər il ölkənin yanacaq-enerji resurslarının növbəti il və sonrakı üç il üzrə istehsalı və istehlakı proqnoz balansını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
-
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə regionlarda əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları (elektrik enerjisi və təbii qaz) ilə təchizatının yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər planı hazırlayıb həyata keçirsin.
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi büdcədən maliyyələşən tibb müəssisələrində pullu tibbi xidmət sahələrinin dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, tibbi xidmət haqqının əsaslandırılmış səviyyəsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
13. Azərbaycan Milli Elmlər Akademiyası:
-
Elmlər Akademiyası sistemində və digər sahələrdə fəaliyyət göstərən elmi tədqiqat institutları üzrə dövlət sifarişi əsasında yerinə yetirilən elmi işlərin siyahısını və onların mövzularının təsdiqi qaydalarının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
-
ölkədə elmi kadrların hazırlanmasını tənzimləmək məqsədilə kadr hazırlığının vahid prinsiplərinə dair qaydaların layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
14. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, 2005-ci il üçün büdcədənkənar vəsaitin xərc smetalarını hazırlayıb Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və onun yerli orqanlarına təqdim etsinlər və bu vəsaiti yalnız dövlət xəzinədarlığının müəyyən etdiyi müvəkkil banklar vasitəsilə nağdsız qaydada xəzinə hesablarına köçürülməsini təmin etsinlər.
15. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən büdcə vəsaitinin təyinatı üzrə xərclənməsini, yığılan dövlət rüsumunun və ilin sonuna istifadəsiz qalan büdcə vəsaiti qalığının büdcəyə qaytarılmasını təmin etsin, bu sahədə işlərin təkmilləşdirilməsi üçün üç ay müddətində təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
16. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, ölkədə maliyyə ehtiyatlarını səfərbər etmək və onlardan istifadənin səmərəsini artırmaq məqsədilə dövlət və korporativ qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, o cümlədən investor şəbəkəsinin genişləndirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.
17. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş limitlərə ciddi riayət etməklə, bu vəsaitin tabeliklərində olan təşkilatlar üzrə bölgüsünü bir ay müddətində həyata keçirsinlər. «Azərsu», «Azəriqaz» və «Azərenerji» səhmdar cəmiyyətləri su, qaz, elektrik enerjisi xidmətləri üzrə tələb olunan sayğacların quraşdırılması xərcləri barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
18. Şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, mənzil-kommunal təsərrüfatı sahələri üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitin səmərəli və təyinatı üzrə istifadəsini, o cümlədən bu xərclərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiq edilmiş normalara uyğun olaraq istifadəsini təmin etsinlər.
19. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Hesablama Palatasına tövsiyyə olunsun ki, dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata keçirilən layihələrin cari təftişinin və maliyyə monitorinqinin aparılmasını təmin etsinlər, kredit və büdcə vəsaitinin məqsədyönlü və təyinatı üzrə istifadəsinə nəzarəti gücləndirsinlər.
20. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi müvafiq idarə, müəssisə və təşkilatlar tərəfindən mal (iş, xidmət) satınalmaları zamanı tenderlərin şəffaf və qanunvericiliyə uyğun keçirilməsinə nəzarəti gücləndirsin və ildə iki dəfə görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
21. Azərbaycan Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi dövlət zəmanəti olmadan cəlb edilən xarici kreditlərin və qrantların alınması mexanizmi və onların uçotunun aparılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
22. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prokurorluğu üç ay müddətində bu orqanlarda mühasibat uçotunun təşkili və aparılması işlərinin «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsinlər və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
23. Dövlət büdcəsinin tərtibi prosesini təkmilləşdirmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, hər il may ayının 1-dək növbəti il üçün müvafiq sahə, rayon və şəhər üzrə sosial-iqtisadi inkişaf proqramının layihəsini (maliyyələşdirmə mənbələri göstərilməklə) hazırlayıb Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
24. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələr, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, «Azərenerji» Səhmdar Cəmiyyəti, «Azərsu» Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti, «Azərikimya» Dövlət Şirkəti, «Azərbaycan Hava Yolları» Dövlət Konserni və Bakı Metropoliteni Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş gəlir və xərc smetasının rüblük icrası barədə məlumatı rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər.
25. Bu Fərman 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV.
Bakı şəhəri, 29 dekabr 2004-cü il.
№ 161.
«Azərbaycan» qəzetində dərc edilmişdir (31 dekabr 2004-cü il, № 304) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2004-cü il, № 12, maddə 1007) («VES Consultancy» LLC).
4 iyul 2005-ci il tarixli, 255 nömrəli fərmana əsasən dəyişikliklərlə («VES Consultancy» LLC).
© VES Consultancy LLC
Dostları ilə paylaş: |