«Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 174-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. «Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilolmasını təmin etmək üçün dövlət orqanları üzrə tapşırıqların minimum həddi aşağıdakı kimi müəyyən edilsin:
(milyon manatla)
1.1
|
Azərbaycan Respublikasının Vergilər Nazirliyi
|
4240,0
|
|
o cümlədən:
|
|
1.1.1
|
Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında saziş üzrə podratçı tərəflərin mənfəət vergisi
|
1500,0
|
1.2
|
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
|
770,0
|
1.3
|
Dövlət müəssisələrindən alınan dividendlər
|
18,0
|
|
o cümlədən:
|
|
1.3.1
|
«Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti
|
12,5
|
1.3.2
|
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələr
|
3,0
|
1.3.3
|
«Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti
|
1,2
|
1.3.4
|
«Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı
|
1,0
|
1.3.5
|
«Azərlotereya» Açıq Səhmdar Cəmiyyəti
|
0,3
|
2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan müəssisələr, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, «Azərenerji» Səhmdar Cəmiyyəti, «Azərsu» Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti, «Azərikimya» Dövlət Şirkəti, «Azərbaycan Hava Yolları» Dövlət Konserni və Bakı Metropoliteni növbəti ayın 15-dək əvvəlki ay ərzində hesablarına və kassalarına daxil olmuş pul vəsaitinin məbləği və onun istifadə istiqamətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu orqanların hazırladığı forma üzrə hesabat təqdim etsinlər.
3. «Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin əsas xərcləri aşağıdakı kimi bölüşdürülsün:
manatla
Dostları ilə paylaş: |