Azərbaycanda Atatürk Mərkəzi
|
179.847,0
|
179.847,0
|
|
3.7.4.4.
|
Yazıçılar Birliyi
|
198.867,0
|
150.279,0
|
48.588,0
|
3.7.4.5.
|
Bəstəkarlar İttifaqı
|
80.105,0
|
73.234,0
|
6.871 ,0
|
3.7.4.6.
|
Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzi
|
58.788,0
|
58.788,0
|
|
3.8 .
|
Mənzil və kommunal təsərrüfatı xərcləri
|
92.301.108,0
|
16.437.780,0
|
75.863.328,0
|
3.8.1.
|
Mənzil təsərrüfatı xərcləri
|
9.579.721,0
|
|
9.579.721 ,0
|
3.8.1.1.
|
Şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
9.579.721,0
|
|
9.579.721 ,0
|
3.8.2.
|
Kommunal təsərrüfatı xərcləri
|
79.339.928,0
|
13.383.714,0
|
65.956.214,0
|
3.8.2.1.
|
«Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyəti
|
13.383.714,0
|
13.383.714,0
|
|
3.8.2.2.
|
Şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
65.956.214,0
|
|
65.956.214,0
|
3.8.3.
|
Su təsərrüfatı
|
3.054.066,0
|
3.054.066,0
|
|
3.8.3.1.
|
«Azərsu» Açıq Səhmdar Cəmiyyəti
|
3.054.066,0
|
3.054.066,0
|
|
3.8.4.
|
Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclər
|
327.393,0
|
|
327.393,0
|
3.8.4.1.
|
Şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlar üzrə xərclər
|
327.393,0
|
|
327.393,0
|
3.9.
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
|
257.954.669,0
|
257.954.669,0
|
|
3.9.1.
|
Kənd təsərrüfatı xərcləri
|
243.477.981,0
|
243.477.981,0
|
|
3.9.1.1.
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
|
2.787.026,0
|
2.787.026,0
|
|
3.9.1.2.
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
76.900.000,0
|
76.900.000,0
|
|
3.9.1.2.1.
|
kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi
|
400.000,0
|
400.000,0
|
|
3.9.1.2.2.
|
kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın və motor yağının dəyərinin orta hesabla 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi
|
53.600.000,0
|
53.600.000,0
|
|
3.9.1.2.3.
|
kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri mineral gübrənin dəyərinin orta hesabla 50 faizin dövlət büdcəsinin vəsaiti hesabma ödənilən hissəsi
|
22.900.000,0
|
22.900.000,0
|
|
3.9.1.3.
|
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
10.068.060,0
|
10.068.060,0
|
|
3.9.1.4.
|
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
|
141.779.815,0
|
141.779.815,0
|
|
3.9.1.5.
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti
|
10.075.007,0
|
10.075.007,0
|
|
3.9.1.6.
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti
|
1.868.073,0
|
1.868.073,0
|
|
3.9.2.
|
Meşə təsərrüfatı xərcləri
|
7.130.735,0
|
7.130.735,0
|
|
3.9.2.1.
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
7.130.735,0
|
7.130.735,0
|
|
3.9.3.
|
Balıqçılıq və ovçuluq təsərrüfatı xərcləri
|
1.682.982,0
|
1.682.982,0
|
|
3.9.3.1.
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
1.682.982,0
|
1.682.982,0
|
|
3.9.4.
|
Ətraf mühitin mühafizəsi
|
1.661.916,0
|
1.661.916,0
|
|
3.9.4.1.
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
1.661.916,0
|
1.661.916,0
|
|
3.9.5.
|
Hidrometeorologiya
|
4.001.055,0
|
4.001.055,0
|
|
3.9.5.1.
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
4.001.055,0
|
4.001.055,0
|
|
3.10.
|
Sənaye, tikinti və faydalı qazıntılar xərcləri
|
1.944.736.224,0
|
1.944.736.224,0
|
|
3.10.1.
|
Tikinti xərcləri
|
1.940.874.724,0
|
1.940.874.724,0
|
|
3.10.1.1.
|
Dövlət əsaslı vəsait qoyuluşu
|
1.915.423.000,0
|
1.915.423.000,0
|
|
3.10.1.2.
|
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
|
851.724,0
|
851.724,0
|
|
3.10.1.3.
|
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən subvensiya
|
24.600.000,0
|
24.600.000,0
|
|
3.10.1.3.1.
|
Naxçıvan Muxtar Respublikasının qazlaşdırılmasının həyata keçirilməsi üçün
|
15.000.000,0
|
15.000.000,0
|
|
3.10.1.3.2.
|
Arpaçay su anbarının yenidənqurulması və əsaslı təmiri üçün
|
3.600.000,0
|
3.600.000,0
|
|
3.10.1.3.3.
|
Naxçıvan Muxtar Respublikasının məhkəmələrinə inzibati binaların tikilməsi üçün
|
6.000.000,0
|
6.000.000,0
|
|
3.10.2.
|
Faydalı qazıntılar və geoloji kəşfiyyat
|
3.861.500,0
|
3.861.500,0
|
|
3.10.2.1.
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
3.861.500,0
|
3.861.500,0
|
|
3.11.
|
Nəqliyyat və rabitə xərcləri
|
69.612.385,0
|
69.612.385,0
|
|
3.11.1.
|
Nəqliyyat xərcləri
|
69.495.692,0
|
69.495.692,0
|
|
3.11.1.1.
|
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
|
36.810.774,0
|
36.810.774,0
|
|
3.11.1.1.1.
|
Avtomobil yolları təsərüfatı
|
31.932.134,0
|
31.932.134,0
|
|
3.11.1.1.2.
|
Avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi ilə bağlı xərclər
|
4.878.640,0
|
4.878.640,0
|
|
3.11.1.2.
|
Dövlət büdcəsindən «Azərbaycan Hava Yolları» Dövlət Konserninə verilən subsidiya (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin və Böyük Vətən Müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi ilə bağlı)
|
11.930.537,0
|
11.930.537,0
|
|
3.11.1.3.
|
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti
|
6.538.912,0
|
6.538.912,0
|
|
3.11.1.4.
|
Dövlət büdcəsindən Bakı Metropoliteninin fəaliyyətini tənzimləmək üçün verilən subsidiya
|
14.215.469,0
|
14.215.469,0
|
|
3.11.2.
|
Rabitə xərcləri
|
116.693,0
|
116.693.0
|
|
3.11.2.1.
|
Dövlət büdcəsindən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə verilən subsidiya (əsgər məktubları və əsgər bağlamalarına görə «Azərpoçt» Dövlət Müəssisəsində yaranan zərəri ödəmək üçün)
|
116.693,0
|
116.693,0
|
|
3.12.
|
İqtisadi fəaliyyətlə bağlı xərclər
|
12.876.236,0
|
12.876.236,0
|
|
3.12.1.
|
İqtisadi fəaliyyətlə bağlı digər xərclər
|
85.946,0
|
85.946,0
|
|
3.12.1.1.
|
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi
|
85.946,0
|
85.946,0
|
|
3.12.2.
|
Çoxsahəli inkişaf layihələri üzrə xərclər
|
12.790.290,0
|
12.790.290,0
|
|
3.12.2.1.
|
Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi (iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər)
|
290.290,0
|
290.290,0
|
|
3.12.2.2.
|
Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi xərcləri)
|
12.500.000,0
|
12.500.000,0
|
|
3.13.
|
Əsas bölmələrə aid edilməyən xərclər
|
388.510.132,0
|
384.780.454,0
|
3.729.678,0
|
3.13.1.
|
Ehtiyat fondunun xərcləri
|
154.642.042,0
|
154.642.042,0
|
|
3.13.1.1.
|
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu
|
114.000.000,0
|
114.000.000,0
|
|
3.13.1.2.
|
Dövlət büdcəsinin ehtiyat fondu
|
40.642.042,0
|
40.642.042,0
|
|
3.13.2.
|
Məqsədli büdcə fondları
|
98.000.000,0
|
98.000.000,0
|
|
3.13.2.1.
|
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi («Avtomobil Yolları» Məqsədli Büdcə Fondu)
|
98.000.000,0
|
98.000.000,0
|
|
3.13.3.
|
Əsas bölmələrə aid edilməyən sair xərclər
|
135.868.090,0
|
132.138.412,0
|
3.729.678,0
|
3.13.3.1.
|
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı (insan hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası ilə bağlı xərclər)
|
1.003.200,0
|
1.003.200,0
|
|
3.13.3.2.
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (lisenziya blanklarının çap edilməsi ilə bağlı xərclər)
|
25.000,0
|
25.000,0
|
|
3.13.3.3.
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
9.001.548,0
|
8.699.360,0
|
302.188,0
|
3.13.3.3.1.
|
Aksiz markalarının, ƏDV vergi hesab fakturalarının, viza blanklarının və büdcə təşkilatları üçün smeta və digər blankların çap edilməsi ilə bağlı xərclər
|
2.984.000,0
|
2.984.000,0
|
|
3.13.3.3.2.
|
valyuta konvertasiyası üzrə xərclər
|
2.260.000,0
|
2.260.000,0
|
|
3.13.3.3.3.
|
Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması ilə bağlı xərclər
|
520.000,0
|
520.000,0
|
|
3.13.3.3.4.
|
ayrı-ayrı layihələrin və işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər
|
1.000.000,0
|
1.000.000,0
|
|
3.13.3.3.5.
|
Azəbaycan Respublikasında ümumi vətəndaş pasportu blanklarının çap edilməsi ilə bağlı xərclər
|
1.785.360,0
|
1.785.360,0
|
|
3.13.3.3.6.
|
məhkəmənin qərarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı xərclər
|
150.000,0
|
150.000,0
|
|
3.13.3.3.7.
|
aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərərçəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi ilə bağlı xərclər
|
302.188,0
|
|
302.188,0
|
3.13.3.4.
|
Şimali Atlantika Birliyi çərçivəsində keçirilən «Sülh naminə tərəfdaşlıq Proqramı» və «Fərdi Tərəfdaşlıq Əməliyyat Planı» tədbirləri üzrə xərclər
|
1.503.032,0
|
1.503.032,0
|
|
3.13.3.5.
|
YUNESKO ilə əməkdaşlıq çərçivəsində tədbirlərlə bağlı xərclər
|
784.450,0
|
784.450,0
|
|
3.13.3.5.1.
|
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
|
114.750,0
|
114.750,0
|
|
3.13.3.5.2.
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
178.000,0
|
178.000,0
|
|
3.13.3.5.3.
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
|
188.700,0
|
188.700,0
|
|
3.13.3.5.4.
|
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
|
233.000,0
|
233.000,0
|
|
3.13.3.5.5.
|
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
50.000,0
|
50.000.0
|
|
3.13.3.5.6.
|
Azərbaycan Milli Elmlər Akademiyası
|
20.000,0
|
20.000,0
|
|
3.13.3.6.
|
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri
|
123.300.000,0
|
120.123.370,0
|
3.176.630,0
|
3.13.3.7.
|
Şəhər və rayonlarda yerləşən səfərbərlik ehtiyatları anbarları, ehtiyat idarəetmə məntəqələrinin saxlanılması xərcləri və digər tədbirlər üzrə xərclər
|
250.860,0
|
|
250.860,0
|
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
4.1. «Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsini nəzarətdə saxlasın və zəruri hallarda müvafiq tədbirlər görsün;
4.2. bu Fərmanın 3.1.2.4-cü bəndində (Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri), 3.1.4-cü bəndində (Beynəlxalq təşkilatlara üzvlük haqqı), 3.1.7.2-ci bəndində (Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi), 3.1.8.2-ci bəndində (Dövlət büdcəsindən yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya), 3.13.1.2-ci bəndində (Dövlət büdcəsinin ehtiyat fondu) və 3.13.3.4-cü bəndində (Şimali Atlantika Birliyi çərçivəsində keçirilən «Sülh naminə tərəfdaşlıq Proqramı» və «Fərdi Tərəfdaşlıq Əməliyyat Planı» tədbirləri üzrə xərclər) nəzərdə tutulmuş vəsaitin bölgüsünü həyata keçirsin;
4.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 3.10.1.1-ci bəndində (Dövlət əsaslı vəsait qoyuluşu) nəzərdə tutulan vəsaitin konkret obyektlər və istiqamətlər üzrə bölgüsünü bir ay müddətində təsdiq etsin;
4.4. bu Fərmanın 3.12.2.2-ci bəndi ilə müəyyən edilmiş xərclərin istifadə istiqamətləri üzrə bölgüsünü iki ay müddətində təsdiq etsin;
4.5. bu Fərmanın 3.13.3.6-cı bəndində nəzərdə tutulmuş «dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri»nin istiqamətlər və təşkilatlar üzrə bölgüsünü iki ay müddətində təsdiq etsin;
4.6. «Vahid Büdcə Təsnifatı»nın mövcud qanunvericilik aktlarına uyğunlaşdırılmasını 15 gün müddətinə təmin etsin;
4.7. iri dövlət vergi ödəyicilərinin 2007-ci il üzrə gəlirlər və xərclər smetalarını bir ay müddətində təsdiq etsin;
4.8. «Sənaye haqqında» Azərbaycan Respublikası Qanununun və «Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2007-2012-ci illər üzrə Dövlət Proqramı»nın layihələrini iki ay müddətinə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.9. diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarını üç ay müddətində təkmilləşdirsin;
4.10. dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsinin mövcud qaydalarını ləğv etsin;
4.11. ölkənin istehlak bazarında inflyasiya təsirli amillərin yumşaldılması və qiymət artımının proqnoz həddə saxlanılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə rübdə bir dəfə məlumat versin;
4.12. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə iri dövlət şirkətləri və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin (xüsusilə dövlət zəmanəti ilə kredit alan müəssisələrin) maliyyə vəsaitlərinin saxlanılmasının etibarlılığını təmin etmək məqsədi ilə üç ay müddətinə maliyyə agentlərinin (agent banklarının) seçilməsi qaydalarını müəyyən etsin;
4.13. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə elmin maliyyələşdirilməsi mexanizminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, təkmilləşdirilməsi barədə təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın 3.10.1.3.1-ci bəndində «Naxçıvan Muxtar Respublikasının qazlaşdırılmasının həyata keçirilməsi üçün» və 3.10.1.3.2-ci bəndində «Arpaçay su anbarının yenidən qurulması və əsaslı təmiri üçün» dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş subvensiyaların icrası barədə rüblük hesabatı növbəti rübün birinci ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:
6.1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmaların aylıq və rüblük bölgüsünü həmin orqanlarla 15 gün müddətində razılaşdırıb təsdiq etsin;
6.2. «Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü, 16-18-ci maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini və bu Fərmanın 3.1.7.1-ci bəndində (Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi) nəzərdə tutulan xərclərin maliyyələşdirilməsini təmin etsin;
6.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə vergilər üzrə ödəniş mexanizmlərinin təkmilləşdirilməsi, vergidən yayınma hallarının (xüsusilə ƏDV üzrə) qarşısının alınması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
6.4. «Dövlət maliyyə nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
6.5. dövlətin xarici borcunun vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
6.6. Azərbaycan Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə dövriyyədə olan sərbəst pul kütləsinin qiymətli kağızlar bazarına cəlb edilməsi və fiziki şəxslərin həmin bazarda iştirakının genişləndirilməsi üçün zəruri tədbirlər görsün;
6.7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla, dövlət büdcəsində nəzərdə tutulmuş limit dairəsində xarici valyuta nominallı dövlət istiqrazlarının (avroistiqrazların) ilk emissiyasını və onun beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsini təmin etsin;
6.8. icbari sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
6.9. Azərbaycan Respublikasının Milli Bankı tərəfindən mövcud makroiqtisadi şəraitlə bağlı həyata keçirilən tədbirləri, habelə artmaqda olan valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi ilə əlaqədar Milli Bankın əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənməsi məqsədi ilə Bankın nizamnamə kapitalına uzunmüddətli dövlət borc öhdəliklərinin yerləşdirilməsi və digər tədbirləri həyata keçirsin;
6.10. dəyəri bir büdcə ili üçün nəzərdə tutulan büdcə təxsisatlardan yuxarı olan dövlət xərclərinin maliyyələşdirilməsini həyata keçirmək məqsədi ilə ortamüddətli dövlət öhdəliklərinin qəbul edilməsi və xəzinədarlıqda qeydə alınmasının prosedur qaydalarını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
6.11. dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda büdcə vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üzərində nəzarəti gücləndirsin;
6.12. Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə aqrar sektorun maliyyələşdirilməsi və kreditləşdirilməsi üzrə mövcud mexanizmlərin institusional baxımdan təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə xarici ölkələrdə fəaliyyət göstərən səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərdə çalışan əməkdaşlara icbari tibbi sığortanın tətbiqi ilə bağlı müvafiq qaydaları üç ay müddətinə hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
8. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə debitor borclarının yaranmaması və mövcud borcların ləğv edilməsi üçün ciddi tədbirlər görsünlər.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə sosial müavinətlərin və ünvanlı dövlət sosial yardımının verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
10. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, təbii və texnogen hadisə və fəlakətlərə qarşı vətəndaşların əmlakının icbari sığorta olunmasına, həmçinin təbii fəlakətlər və digər fövqəladə hallar nəticəsində vətəndaşlara dəymiş zərərə görə kompensasiya ödənilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, üç ay müddətinə hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
11. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə tapşırılsın ki, həmin dövlət orqanları üzrə maddi-texniki təminat normalarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, üç ay müddətinə hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
12. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün, özəlləşdirmənin sürətləndirilməsi və onun sosial-iqtisadi səmərəliliyinin artırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.
13. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi və yığım komponentinin tətbiqini nəzərdə tutmaqla sığorta-pensiya islahatlarının daha da dərinləşdirilməsi üzrə dövlət proqramının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazlirlər Kabinetinə təqdim etsin.
14. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına tapşırılsın ki, mövcud mənzil-kommunal xidməti tariflərini və xərc normalarını iki ay müddətində təkmilləşdirməklə təsdiq etsin.
15. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 22 dekabr 2006-cı il
№ 494
«Azərbaycan» qəzetində dərc edilmişdir (23 dekabr 2006-cı il, № 288) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, № 12, maddə 1041) («VES Consultancy» LLC).
31 may 2007-ci il tarixli, 585 nömrəli; 27 noyabr 2008-ci il tarixli, 26 nömrəli fərmanlara əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).
© VES Consultancy LLC
Dostları ilə paylaş: |