Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1.
Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin gəlirləri 5 770 900.0 min manat, xərcləri 6 314 900.0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 5 592 849.6 min manat, yerli gəlirləri 178 050.4 min manat və mərkəzləşdirilmiş xərcləri 5 582 047.8 min manat, yerli xərcləri 732 852.2 min manat) məbləğində təsdiq edilsin.
Maddə 2.
Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur: