Azərbaycan Respublikasının 2007-ci IL dövlət büdcəsi haqqında



Yüklə 298,38 Kb.
səhifə2/3
tarix07.01.2022
ölçüsü298,38 Kb.
#86650
1   2   3
Gəlirlərin mənbələri

Dövlət büdcəsinin gəlirləri

2.1. Fiziki şəxslərin gəlir vergisi

575.000,0

2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

2.195.000,0

2.3. Əlavə dəyər vergisi

1.176.400,0

2.3.1 Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

514.000,0

2.4. Aksiz

399.400,0

2.4.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz

70.000,0

2.5. Hüquqi şəxslərin əmlak vergisi

72 000.0

2.6. Hüquqi şəxslərin torpaq vergisi

27 000.0

2.7. Yol vergisi

18.700,0

2.7.1. xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

2.000,0

2.8. Mədən vergisi

123.100,0

2.9. Sadələşdirilmiş vergi

45 000.0

2.10. Gömrük rüsumları

184.000,0

2.11. Dövlət rüsumu

48 000.0

2.12. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı

4 000.0

2.13. Vergi olmayan sair gəlirlər

142.400,0

2.14. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar

2 800.0

2.15. Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar

416.8

2.16. Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər

14 700.0

2.17. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar

2 015.7

2.18. Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər

3 300.0

2.19. Dövlət Neft Fondundan daxilolmalar

585 000.0

2.20. Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar

12.225,3

2.21. Təkrar borc sazişləri üzrə daxilolmalar

3 092.2

2.22. Aksiz markalarının satışından daxilolmalar

1 900.0

2.23. Ciddi hesabat blanklarının satışından daxilolmalar

150.0

2.24. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

123.300,0

2.25. Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar

12 000.0

Maddə 3.

Müəyyən edilsin ki, «Avtomobil Yolları» Məqsədli Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:



3.1. Yol vergisi

18 200.0

3.2. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi

6 300.0

3.3. İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər

35 000.0

3.4. İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu

30 000.0

3.5. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu

3500.0

3.6. Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu

5000.0

Maddə 4.

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.



Maddə 5.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən 25 faiz həcmində yığım müəyyən olunur.



Maddə 6.

Xam neftin ixrac qiyməti 40 ABŞ dollarından yuxarı olduqda, 40 ABŞ dollarından 50 ABŞ dollarına kimi olan hissəyə 50 faiz həcmində, 50 ABŞ dollarından yuxarı olan hissəyə isə 75 faiz həcmində yığım müəyyən edilir.



Maddə 7.

Bu Qanunun 5-ci maddəsi ilə müəyyən olunmuş yığımlar dövlət büdcəsinə, 6-cı maddəsi ilə müəyyən olunmuş yığımlar isə Dövlət Neft Fonduna köçürülür.



Maddə 8.

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:



8.1. Bakı şəhəri üzrə gəlirlər («Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa)

98,41

8.2. Aşağıdakı mənbələr üzrə daxilolmalardan:

100,0 faiz

Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, ciddi hesabat blanklarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, təkrar borc sazişləri üzrə daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, «Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun gəlirləri

Maddə 9.

Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

9.1. Bakı şəhəri üzrə «Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid edilənlərdən və yerli xərclərdən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından başqa gəlirlərin 1,59 faizi;

9.2. Digər şəhər və rayonlar üzrə («Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) gəlirlərin 100 faizi.



Maddə 10.

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir.




Yüklə 298,38 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin