«Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə



Yüklə 0,96 Mb.
səhifə3/5
tarix22.10.2017
ölçüsü0,96 Mb.
#10975
1   2   3   4   5

77598288,0


77598288,0

3.11.1.1

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi


28082091,0


28082091,0

3.11.1.1.1

Avtomobil yolları təsərrüfatı


22854734,0


22854734,0

3.11.1.1.2

Avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi ilə bağlı xərclər


5227357,0


5227357,0

3.11.1.2

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinə verilən subsidiya (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin və Böyük


Vətən Müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi ilə bağlı)

11930537,0


11930537,0

3.11.1.3

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti


9266991,0


9266991,0

3.11.1.4

Bakı Metropoliteninə verilən subsidiya


19061269,0


19061269,0

3.11.1.5

Bakı şəhəri istisna olmaqla, şəhərlərdə və rayon mərkəzlərində yol infrastrukturların təmiri, bərpası və yenidən qurulması


9 257 400,0


9 257 400,0

3.11.2

Rabitə xərcləri


116693,0

116693,0

3.11.2.1

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə verilən subsidiya (əsgər məktubları və əsgər bağlamalarına görə «Azərpoçt» Dövlət Müəssisəsində yaranan zərəri ödəmək üçün)

116693,0

116693,0

3.11.3

Əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər sosial xarakterli tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər

10925899,0


10925899,0

3.12

İqtisadi fəaliyyətlə bağlı xərclər


326565713,0


326565713,0

3.12.1

İqtisadi və kommersiya fəaliyyəti


198600000,0


198600000,0

3.12.1.1

«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti


37500000,0


37500000,0

3.12.1.2

İqtisadi fəaliyyətə aid olan dövlət layihələri ilə bağlı xərclər


161100000,0


161100000,0

3.12.2

İqtisadi fəaliyyətlə bağlı digər xərclər


36101423,0


36101423,0

3.12.2.1

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti


2002000,0


2002000,0

3.12.2.2

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi


99423,0

99423,0

3.12.2.3



Azərbaycan Respublikasının Milli Bankı (Azərbaycan Respublikasının Milli Bankı nəzdində «Azərbaycan İpoteka Fondu»nun nizamnamə kapitalının artırılması ilə bağlı xərclər)

34000000,0


34000000,0

3.12.3

Çoxsahəli inkişaf layihələri üzrə xərclər


91864290,0


91864290,0

3.12.3.1

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi


74364290,0


74364290,0

3.12.3.1.1

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (sahibkarlığın inkişafı ilə bağlı xərclər)


74074000,0


74074000,0

3.12.3.1.2

İqtisadi islahatların həyata


keçirilməsi ilə bağlı xərclər

290290,0

290290,0

3.12.3.2

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

5000000,0


5000000,0

3.12.3.3

Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi xərcləri)


12500000,0


12500000,0

3.13

Əsas bölmələrə aid edilməyən xərclər


658820330,0


654260349,0


4559981,0


3.13.1

Ehtiyat fondlarının xərcləri


274300000,0


274300000,0

3.13.1.1

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu


154000000,0


154000000,0

3.13.1.2

Dövlət büdcəsinin ehtiyat fondu


120300000,0


120300000,0

3.13.2

Məqsədli büdcə fondları


180000000,0


180000000,0

3.13.2.1

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi («Avtomobil Yolları» Məqsədli Büdcə Fondu)


130000000,0


130000000,0

3.13.2.2

Azərbaycan Respublikasının Maliyyə


Nazirliyi («Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»)

50000000,0


50000000,0

3.13.3

Əsas bölmələrə aid edilməyən sair xərclər


204520330,0


199960349,0


4559981,0


3.13.3.1

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı (İnsan hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası ilə bağlı xərclər)


1003200,0


1003200,0

3.13.3.2

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (Lisenziya blanklarının çap edilməsi ilə bağlı xərclər)


25000,0

25000,0

3.13.3.3



Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

44559785,0


44248969,0


310816,0
3.13.3.3.1


Aksiz markalarının, vergi hesab fakturalarının, viza blanklarının və büdcə təşkilatları üçün smeta və digər blankların çap edilməsi ilə bağlı xərclər


3099000,0


3099000,0

3.13.3.3.2

valyuta konvertasiyası üzrə xərclər


2260000,0


2260000,0

3.13.3.3.3

Xarici valyutalarda aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində məzənnə fərqi üzrə yaranmış zərərin ödənilməsi (örtülməsi) ilə bağlı xərclər


32000000,0


32000000,0

3.13.3.3.4

Azərbaycan Respublikasının


beynəlxalq kredit reytinqinin müəyyən olunması ilə bağlı xərclər

341341,0

341341,0

3.13.3.3.5


ayrı-ayrı layihələrin və işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər


1000000,0


1000000,0

3.13.3.3.6

Azərbaycan Respublikasında ümumi vətəndaş pasportu blanklarının çap edilməsi ilə bağlı xərclər


2000000,0


2000000,0

3.13.3.3.7

beynəlxalq proqramların həyata keçirilməsində Azərbaycan tərəfin payı


2000000,0


2000000,0

3.13.3.3.8

mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı xərclər


1398628,00


1398628,00

3.13.3.3.9

məhkəmənin qərarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı xərclər


150000,0

150000,0

3.13.3.3.10


aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərərçəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi


ilə bağlı xərclər

310816,0


310816,0
3.13.3.4

Şimali Atlantika İttifaqı çərçivəsində keçirilən «Sülh naminə» tərəfdaşlıq proqramı və «Fərdi tərəfdaşlığa dair əməliyyat planı» tədbirləri üzrə xərclər


1654158,0


1654158,0

3.13.3.5

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər)


8000000,0


8000000,0

3.13.3.6

Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı xərclər


1504800,0


1504800,0

3.13.3.7

Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər


9226140,0


9226140,0

3.13.3.8

YUNESKO ilə əməkdaşlıq çərçivəsində tədbirlərlə bağlı xərclər


771700,0

771700,0

3.13.3.8.1


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


102000,0

102000,0

3.13.3.8.2


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi


178000,0

178000,0

3.13.3.8.3


Azərbaycan Respublikasının Təhsil Nazirliyi


188700,0

188700,0

3.13.3.8.4


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi


233000,0

233000,0

3.13.3.8.5


Azərbaycan Respublikasının Rabitə və İnformasiya


Texnologiyaları Nazirliyi

50000,0

50000,0

3.13.3.8.6


Azərbaycan Milli Elmlər Akademiyası


20000,0

20000,0

3.13.3.9



Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri

137500000,0


133526382,0


3973618,0


3.13.3.10

Şəhər və rayonlarda yerləşən səfərbərlik ehtiyatları anbarlarının, ehtiyat idarəetmə məntəqələrinin saxlanılması xərcləri və digər tədbirlər üzrə xərclər


275547,0


275547,0

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:


4.1. «Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsini nəzarətdə saxlasın və zəruri hallarda müvafiq tədbirlər görsün;
4.2. bu Fərmanın 3.1.2.4.1-ci bəndində (Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclər), 3.1.4-cü bəndində (Beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri), 3.1.8.2-ci bəndində (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya), 3.13.1.2-ci bəndində (Dövlət büdcəsinin Ehtiyat Fondu) və 3.13.3.4-cü bəndində (Şimali Atlantika İttifaqı çərçivəsində keçirilən «Sülh naminə tərəfdaşlıq» proqramı və «Fərdi Tərəfdaşlığa dair əməliyyat planı» tədbirləri üzrə xərclər), 3.13.3.7-ci bəndində (Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər) nəzərdə tutulmuş vəsaitin bölgüsünü həyata keçirsin;
4.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 3.10.1.1-ci bəndində (Dövlət əsaslı vəsait qoyuluşu) nəzərdə tutulan vəsaitin konkret obyektlər və istiqamətlər üzrə bölgüsünü aparmaqla 15 gün müddətində təsdiq etsin;
4.4. bu Fərmanın 3.12.3.3-cü bəndi ilə müəyyən edilmiş xərclərin istifadə istiqamətləri üzrə bölgüsünü iki ay müddətində təsdiq etsin;
4.5. iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının vaxtında təsdiq edilməsi və icrasına nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədi ilə tədbirlər görsün;
4.6. 2008-ci il üçün yanacaq-enerji balansını 15 gün müddətində təsdiq etsin;
4.7. Azərbaycan Respublikasının Milli Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Azərbaycan İpoteka Fondunun fəaliyyətinin özünümaliyyələşdirmə prinsipinə keçirilməsi və Fondun idarəetmə strukturunun təkmilləşdirilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:
5.1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə 2008-ci il dövlət büdcəsinə nəzərdə tutulan daxilolmaların aylıq və rüblük bölgüsünü həmin orqanlarla 15 gün müddətində razılaşdırıb təsdiq etsin;
5.2. «Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü, 16-18-ci maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini və bu Fərmanın 3.1.7.1-ci bəndində (Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi) nəzərdə tutulan xərclərin maliyyələşdirilməsini təmin etsin;
5.3. bu Fərmanın 3.1.7.2-ci bəndində (Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi) nəzərdə tutulmuş vəsaitin bölgüsünü bir ay müddətində həyata keçirsin və onların idarə olunması üçün mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görsün;
5.4. bu Fərmanın 3.13.3.9-cu bəndində (Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) nəzərdə tutulmuş vəsaitin istiqamətlər və təşkilatlar üzrə bölgüsünü iki ay müddətində həyata keçirsin;
5.5. büdcə təşkilatları üzrə ödənişli xidmətlərdən daxilolmalara nəzarəti gücləndirsin və görülmüş işlər barədə ildə bir dəfə, oktyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin;
5.6. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə müvafiq olaraq, ərazi vergi orqanları tərəfindən yerli maliyyə orqanlarına təqdim olunacaq aylıq və rüblük hesabat formalarını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırıb təsdiq etsin;
5.7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə dövriyyədə olan sərbəst pul kütləsinin səmərəli şərtlərlə qiymətli kağızlar vasitəsilə dövlət büdcəsinə cəlb edilməsi, uzunmüddətli dövlət istiqrazlarının buraxılması və investor şəbəkəsinin genişləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirsin;
5.8. xarici valyuta nominallı dövlət istiqrazlarının məbləğini, dövriyyədə olma müddətini və digər parametrlərini müəyyən edərək, onun ilk emissiyasını və beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi işini davam etdirsin;
5.9. Azərbaycan Respublikasının Milli Bankı tərəfindən mövcud makroiqtisadi şəraitlə bağlı həyata keçirilən tədbirlər, habelə artmaqda olan valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi hesabına Milli Bankın əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənməsi məqsədi ilə onun nizamnamə kapitalına uzunmüddətli dövlət borc öhdəliklərinin yerləşdirilməsini və digər tədbirləri həyata keçirsin;
5.10. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ictimai əhəmiyyətli qurumların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, digər mühasibat uçotu subyektlərinin isə Milli Mühasibat Uçotu Standartlarına 2008-ci il yanvar ayının 1-dən keçməsi ilə əlaqədar yeni standartların ölkə ərazisində tətbiqi ilə bağlı nəzarəti gücləndirsin, bu məqsədlə mütəmadi monitorinqlərin və digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
5.11. aidiyyəti dövlət orqanları ilə birlikdə maliyyə sektorunun inkişafını sürətləndirmək məqsədi ilə bankların və sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.12. beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici qonaqların qəbulu və onlara xidmət göstərilməsi ilə bağlı dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə «Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları»nı üç ay müddətinə hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
5.13. müvafiq dövlət orqanları ilə birlikdə dövlət büdcəsinin vəsaiti və dövlət zəmanəti ilə alınan kreditlər hesabına aparılan satınalmaların maliyyə təminatının təmin edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.14. dövlət xarici borcunun vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
5.15. bu Fərmanın 3.1.2.4.1-ci bəndində (Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclər), 3.1.4-cü bəndində (Beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri), 3.1.8.2-ci bəndində (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya) nəzərdə tutulmuş vəsaitlərin bölgüsü bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq həyata keçirildikdən sonra, il ərzində zərurət yarandıqda, həmin vəsaitlərin daha çevik idarə edilməsi məqsədi ilə «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə uyğun olaraq müvafiq tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 3.1.2.4.2-ci bəndində nəzərdə tutulmuş vəsaitin bölgüsünü bir ay müddətində həyata keçirsin.
7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın:
7.1. aidiyyəti dövlət orqanları ilə birlikdə antiinflyasiya tədbirlərinin səmərəliliyinin artırılması, qiymət artımının məhdudlaşdırılması və qarşısının alınması məqsədi ilə antiinhisar qanunvericiliyinin pozulması hallarına yol verən şəxslərə qarşı qanunvericiliyə uyğun təsirli tədbirlərin görülməsini təmin etsin və bu barədə hər il oktyabr ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.2. ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində milli sahibkarlıq strukturlarının rolunu artırmaq məqsədi ilə dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilən kreditlərin istiqamətlərini və onların səmərəliliyini, vaxtı çatmış kreditlərin Fonda qaytarılması vəziyyətini mütəmadi olaraq təhlil etsin və bu barədə ildə bir dəfə oktyabr ayının 1-nə olan vəziyyətə dair Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
7.4. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin özünümaliyyələşdirmə əsaslarla təşkil edilməsi və onun idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə müvafiq təkliflərini üç ay müddətində hazırlayıb aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, aidiyyəti orqanlarla birlikdə vergi və digər icbari ödənişlər üzrə daxilolmaların vəziyyətini təhlil edib rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.
9. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə tapşırılsın ki, karbohidrogen resurslarına qənaət və regionların enerji təchizatını yaxşılaşdırmaq məqsədi ilə «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın icrası zamanı qarşıya çıxan problemləri həll etmək üçün təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
10. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət müəssisə və təşkilatlarının, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən səmərəli istifadəni təmin etmək, həmin torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi mexanizmlərini təkmilləşdirmək, bu mənbələrdən dövlət büdcəsinə daxilolmaları artırmaq məqsədi ilə müvafiq qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikasının Milli Bankı və digər əlaqədar dövlət orqanları ilə birlikdə beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
12. «Azərenerji», «Azəriqaz», «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə» səhmdar cəmiyyətlərinin, «Şəki Regional Enerji Təchizatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərlərinə tapşırılsın ki, topdansatış qaydasında alınmış və istehlak edilmiş elektrik enerjisi və təbii qazın, mazutun dəyərinin tam ödənilməsi üçün zəruri tədbirlər görsünlər, bu barədə hesabat ayından sonrakı ayın 10-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə məlumat təqdim etsinlər.
13. «Azərenerji», «Azəriqaz», «Azərsu» səhmdar cəmiyyətlərinin, «Azərikimya» Dövlət Şirkətinin və «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərlərinə tapşırılsın ki, elektrik enerjisinin, təbii qazın və neft məhsullarının istehlakı ilə bağlı maliyyə intizamının ciddiləşdirilməsi və qarşılıqlı münasibətlərdə kreditor borclarının yaradılmaması üçün təsirli tədbirlər görsünlər və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsinlər.
14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə tapşırılsın ki, tabeliklərindəki səmərəli fəaliyyət göstərməyən müəssisə və təşkilatların ləğv edilməsi və ya onların bazasında çevik təsərrüfat mexanizminə malik qurumların yaradılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
15. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılsın ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən geoloji-kəşfiyyat, torpaq islahatı, xəritəçəkmə işlərinin dövlət sifarişi kimi təsdiq olunması üçün təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
16. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə mövcud borcların ödənilməsi və yeni borcların yaranmaması üçün ciddi tədbirlər görsünlər, xərcləri yalnız bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait (limit) daxilində həyata keçirsinlər.
17. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmanın 3.10.1.3.1-ci bəndində (Naxçıvan Muxtar Respublikasının qazlaşdırılmasının həyata keçirilməsi üçün), 3.10.1.3.2-ci bəndində (Şərur rayonunda idman kompleksinin tikintisi üçün) və 3.10.1.3.3-cü bəndində (Naxçıvan Muxtar Respublikasına təmizlik, yaşıllıq və işıqlandırma sahələrinə maşın və mexanizmlərin alınması üçün) Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş subvensiyaların icrası barədə rüblük hesabatı rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin