“Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə



Yüklə 433,2 Kb.
səhifə3/3
tarix30.06.2018
ölçüsü433,2 Kb.
#55231
1   2   3

2 000 000,0

2.10.2

Faydalı qazıntılar və geoloji kəşfiyyat


13 414 992,0


13 414 992,0

2.10.2.1

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi


6 014 992,0


6 014 992,0

2.10.2.2

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi


7 400 000,0


7 400 000,0

2.10.3

Əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər


226 317,0


226 317,0

2.11

Nəqliyyat və rabitə xərcləri


79 059 106,0


79 059 106,0

2.11.1

Nəqliyyat xərcləri


72 874 637,0


72 874 637,0

2.11.1.1

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi


27 852 900,0


27 852 900,0

2.11.1.1.1

Avtomobil yolları təsərrüfatı


21 269 382,0


21 269 382,0

2.11.1.1.2

Avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi ilə bağlı xərclər


6 583 518,0


6 583 518,0

2.11.1.2

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə verilən subsidiya (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin və Böyük Vətən Müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi ilə bağlı)


11 930 537,0


11 930 537,0

2.11.1.3

Bakı Metropoliteninə verilən subsidiya


33 091 200,0


33 091 200,0

2.11.2

Rabitə xərcləri


2 713 711,0


2 713 711,0

2.11.2.1

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə verilən subsidiya (əsgər məktubları və əsgər bağlamalarına görə "Azərpoçt" Dövlət Müəssisəsində yaranan zərəri ödəmək üçün)


2 713 711,0


2 713 711,0

2.11.3

Əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər


3 470 758,0


3 470 758,0

2.12

İqtisadi fəaliyyətlə bağlı xərclər


156 021 904,0


156 021 904,0

2.12.1

İqtisadi və kommersiya fəaliyyəti


37 500 000,0


37 500 000,0

2.12.1.1

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti


37 500 000,0


37 500 000,0

2.12.2

İqtisadi fəaliyyətin digər sahələri


14 147 604,0


14 147 604,0

2.12.2.1

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi


147 604,0


147 604,0

2.12.2.2

Azərbaycan Respublikası Milli Bankı (Azərbaycan İpoteka Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı xərclər)


14 000 000,0


14 000 000,0

2.12.3

Çoxsahəli inkişaf layihələri üzrə xərclər


104 374 300,0


104 374 300,0

2.12.3.1

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi


74 374 300,0


74 374 300,0

2.12.3.1.1

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (sahibkarlığın inkişafı ilə bağlı xərclər)


74 074 000,0


74 074 000,0

2.12.3.1.2

İqtisadi islahatların keçirilməsi ilə əlaqədar normativ sənədlərin, orta və uzunmüddətli proqramların, analitik, təhlil və tövsiyələrin və bu qəbildən olan digər işlərin görülməsi ilə bağlı xərclər


300 300,0


300 300,0

2.12.3.2

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (Fermerlərə kreditlərin verilməsi ilə bağlı xərclər)


10 000 000,0


10 000 000,0

2.12.3.3

Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi xərcləri)


20 000 000,0


20 000 000,0

2.13

Əsas bölmələrə aid edilməyən xərclər


733 062 611,0


720 576 953,0


12 485 658,0


2.13.1

Ehtiyat fondlarının xərcləri


290 000 000,0


290 000 000,0

2.13.1.1

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu


180 000 000,0


180 000 000,0

2.13.1.2

Dövlət büdcəsinin ehtiyat fondu


110 000 000,0


110 000 000,0

2.13.2

Məqsədli büdcə fondları


195 000 000,0


195 000 000,0

2.13.2.1

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ("Avtomobil Yolları" Məqsədli Büdcə Fondu)


145 000 000,0


145 000 000,0

2.13.2.2

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ("Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu")


50 000 000,0


50 000 000,0

2.13.3

Əsas bölmələrə aid edilməyən sair xərclər


248 062 611,0


235 576 953,0


12 485 658,0


2.13.3.1

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı (İnsan hüquqları üzrə Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin qərarlarının icrası ilə bağlı xərclər)


1 103 520,0


1 103 520,0

2.13.3.2

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (Lisenziya blanklarının çap edilməsi ilə bağlı xərclər)


25 025,0


25 025,0

2.13.3.3

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi


67 160 559,0


66 810 550,0


350 009,0


2.13.3.3.1

Dövlət atributlarının hazırlanması, ümumi vətəndaş pasportu blanklarının, aksiz markalarının, vergi hesab fakturalarının, viza blanklarının və büdcə təşkilatları üçün smeta və digər blankların çap edilməsi ilə bağlı xərclər


18 370 000,0


18 370 000,0

2.13.3.3.2

valyuta konvertasiyası üzrə xərclər


44 340 000,0


44 340 000,0

2.13.3.3.3

Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması ilə bağlı xərclər


550 550,0


550 550,0

2.13.3.3.4

ayrı-ayrı layihələrin və işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər


1 000 000,0


1 000 000,0

2.13.3.3.5

beynəlxalq proqramların həyata keçirilməsində Azərbaycan tərəfin payı


2 000 000,0


2 000 000,0

2.13.3.3.6

mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı xərclər


350 000,00


350 000,0

2.13.3.3.7

məhkəmənin qərarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı xərclər


200 000,0


200 000,0

2.13.3.3.8

aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərərçəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi ilə bağlı xərclər


350 009,0


350 009,0


2.13.3.4

Şimali Atlantika İttifaqı çərçivəsində keçirilən "Sülh naminə" tərəfdaşlıq proqramı və "Fərdi tərəfdaşlığa dair əməliyyat planı" tədbirləri üzrə xərclər


1 654 158,0


1 654 158,0

2.13.3.5

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər)


15 000 000,0


15 000 000,0

2.13.3.6

Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı xərclər


2 758 800,0


2 758 800,0

2.13.3.7

Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər


14 000 000,0


14 000 000,0

2.13.3.8

YUNESKO ilə əməkdaşlıq çərçivəsində tədbirlərlə bağlı xərclər


739 000,0


739 000,0

2.13.3.8.1

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


104 000,0


104 000,0

2.13.3.8.2

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi


600 000,0


600 000,0

2.13.3.8.3

Azərbaycan Milli Elmlər Akademiyası


35 000,0

35 000,0

2.13.3.9

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri

137 000 000,0


133 485 900,0


3 514 100,0


2.13.3.10

Yerli xərclərdə nəzərdə tutulmayan zəruri sosial-iqtisadi və digər təyinatlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər


8 234 700,0


8 234 700,0

2.13.3.11

Şəhər və rayonlarda yerləşən səfərbərlik ehtiyatları anbarlarının, ehtiyat idarəetmə məntəqələrinin saxlanılması xərcləri və digər tədbirlər üzrə xərclər


386 849,0


386 849,0


3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
3.1. “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsini nəzarətdə saxlasın və zəruri hallarda müvafiq tədbirlər görsün;
3.2. bu Fərmanın 2.1.2.4.1-ci bəndində (Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclər), 2.1.6-cı bəndində (Beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri), 2.1.10.2-ci bəndində (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya), 2.9.1.2.4-cü bəndində (“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclər), 2.13.1.2-ci bəndində (Dövlət büdcəsinin ehtiyat fondu), 2.13.3.4-cü bəndində (Şimali Atlantika İttifaqı çərçivəsində keçirilən "Sülh naminə” tərəfdaşlıq proqramı və "Fərdi tərəfdaşlığa dair əməliyyat planı” tədbirləri üzrə xərclər) və 2.13.3.7-ci bəndində (Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər) nəzərdə tutulmuş vəsaitin konkret tədbirlər üzrə bölgüsünü həyata keçirsin.
3.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 2.10.1.1-ci bəndində (Dövlət əsaslı vəsait qoyuluşu) nəzərdə tutulan vəsaitin obyektlər və istiqamətlər üzrə bölgüsünü aparmaqla bir ay müddətində təsdiq etsin;
3.4. bu Fərmanın 2.12.3.3-cü bəndi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ayrılmış vəsaitin (Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi xərcləri) istifadə istiqamətləri üzrə bölgüsünü iki ay müddətində təsdiq etsin;
3.5. iri vergi ödəyicisi olan dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını 45 gün müddətində təsdiq etsin;
3.6. 2009-cu il üçün yanacaq-enerji balansını bir ay müddətində təsdiq etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:
4.1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə 2009-cu il dövlət büdcəsinə nəzərdə tutulan daxilolmaların aylıq və rüblük bölgüsünü həmin orqanlarla 15 gün müddətində razılaşdırıb təsdiq etsin;
4.2. “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-16-cı maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini və bu Fərmanın 2.1.9.1-ci bəndində (Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi) nəzərdə tutulan xərclərin maliyyələşdirilməsini təmin etsin;
4.3. bu Fərmanın 2.1.9.2-ci bəndində (Xarici borclar üzrə faizlərin və digər öhdəliklərin ödənilməsi) nəzərdə tutulmuş vəsaitin bölgüsünü bir ay müddətində həyata keçirsin və onların idarə olunması üçün mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görsün;
4.4. bu Fərmanın 2.13.3.9-cu bəndində (Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) nəzərdə tutulmuş vəsaitin istiqamətlər və təşkilatlar üzrə bölgüsünü iki ay müddətində həyata keçirsin;
4.5. bu Fərmanın 2.1.4-cü, 2.1.5-ci, 2.1.7.16-cı, 2.1.7.17-ci, 2.3.1.14-cü, 2.3.5-ci, 2.4.8-ci, 2.4.9-cu, 2.5.6-cı, 2.5.7-ci, 2.6.3-cü, 2.7.5-ci, 2.8.2.7-ci, 2.8.5-ci, 2.9.6-cı, 2.10.3-cü və 2.11.3-cü bəndlərində nəzərdə tutulan vəsaitin qanunvericiliyə uyğun olaraq bölgüsünü həyata keçirsin və istifadəsi ilə bağlı tədbirlər görsün.
4.6. büdcə təşkilatları üzrə ödənişli xidmətlərdən daxilolmalara nəzarəti gücləndirsin və görülmüş işlər barədə ildə bir dəfə oktyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin;
4.7. Azərbaycan Respublikasının Milli Bankı tərəfindən mövcud makroiqtisadi şəraitlə bağlı həyata keçirilən tədbirlər, habelə artmaqda olan valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi hesabına Milli Bankın əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənməsi məqsədilə onun nizamnamə kapitalına uzunmüddətli dövlət borc öhdəliklərinin yerləşdirilməsini və digər tədbirləri həyata keçirsin;
4.8. dövlət xarici borcunun vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat və vaxtı çatmış borcların qaytarılmasında yaranmış problemlərin həllinə dair təkliflər təqdim etsin;
4.9. bu Fərmanın 2.1.2.4.1-ci bəndində (Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclər), 2.1.6-cı bəndində (Beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri), 2.1.10.2-ci bəndində (Yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya) nəzərdə tutulmuş vəsaitlərin bölgüsü bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq həyata keçirildikdən sonra, il ərzində zərurət yarandıqda həmin vəsaitlərin daha çevik idarə edilməsi məqsədilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə uyğun olaraq müvafiq tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 2.1.2.4.2-ci bəndində nəzərdə tutulmuş vəsaitin bölgüsünü bir ay müddətində həyata keçirsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bu Fərmanın 2.3.1.13-cü və 2.3.2.9-cu bəndlərində nəzərdə tutulmuş vəsaitin bölgüsünü həyata keçirsin və icrası üçün tədbirlər görsün.
7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın:
7.1. dövlət büdcəsinin qeyri-neft gəlirlərinin bazasının genişləndirilməsi, ixracın diversifikasiyasının və daxili tələbatın yerli istehsal hesabına ödənilməsinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi ilə birlikdə qeyri-neft sənayesinin inkişaf potensialını təhlil edib daxili və xarici investisiyaları cəlb etməklə rəqabət qabiliyyətli sahələrin inkişafına dair müvafiq tədbirlər həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat versin;
7.2. dövlət investisiyalarının səmərəliliyini artırmaq məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə beynəlxalq təcrübəni öyrənməklə dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydalarının layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. Ölkədə sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitin daha səmərəli istifadəsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Həmin Fondun vəsaiti hesabına verilən kreditlərin istiqamətlərini və onların səmərəliliyini, vaxtı çatmış kreditlərin Fonda qaytarılması vəziyyətini mütəmadi olaraq təhlil etsin və bu barədə ildə bir dəfə dekabr ayının 1-nə olan vəziyyətə dair Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
7.4. aidiyyəti dövlət orqanları ilə birlikdə sahibkarlığın inkişafının sürətləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.5. aidiyyəti dövlət orqanları ilə birlikdə antiinflyasiya tədbirlərinin səmərəliliyinin artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə antiinhisar qanunvericiliyinin pozulması hallarına yol verən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin;
7.6. kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin səmərəsini artırmaq məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə həmin sahəyə dövlət büdcəsindən ayrılan subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
7.7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aqroservis xidmətləri sisteminin daha da inkişaf etdirilməsi və “Aqrolizinq” Səhmdar Cəmiyyətinin özünümaliyyələşdirmə prinsipinə keçirilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, aidiyyəti orqanlarla birlikdə vergi və digər icbari ödənişlər üzrə daxilolmaların vəziyyətini təhlil edib rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.
9. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılsın ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən geoloji-kəşfiyyat, torpaq islahatı, xəritəçəkmə, şəhərsalma işlərinin dövlət sifarişi kimi təsdiq olunması üçün təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
10. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərikimya” Dövlət Şirkəti, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, “Azərenerji”, “Azərsu”, “Azəriqaz”, “Azərbaycan Hava Yolları”, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətləri növbəti ayın 15-dək əvvəlki ay ərzində hesablarına və kassalarına daxil olmuş pul vəsaitinin məbləği və onun istifadə istiqamətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə bu nazirliklərin hazırladığı forma üzrə hesabat təqdim etsinlər. [1]
11. «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, «Azərenerji», “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin, “Şəki Regional Enerji Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərlərinə tapşırılsın ki, topdansatış qaydasında alınmış və istehlak edilmiş elektrik enerjisi və təbii qazın, mazutun dəyərinin tam ödənilməsi üçün zəruri tədbirlər görsünlər, bu barədə hesabat ayından sonrakı ayın 10-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə məlumat təqdim etsinlər.
12. «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, «Azərenerji», “Azərsu”, “Azərbaycan Hava Yolları” səhmdar cəmiyyətlərinin və “Azərikimya” Dövlət Şirkətinin rəhbərlərinə tapşırılsın ki, elektrik enerjisinin, təbii qazın və neft məhsullarının istehlakı ilə bağlı maliyyə intizamının ciddiləşdirilməsi və qarşılıqlı münasibətlərdə kreditor borclarının yaradılmaması üçün təsirli tədbirlər görsünlər və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsinlər. [2]
13. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə mövcud borcların ödənilməsi və yeni borcların yaranmaması üçün ciddi tədbirlər görsünlər, xərcləri yalnız bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait (limit) daxilində həyata keçirsinlər.
14. Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsindəki cədvəlin 2.21-ci bəndində və 3-cü maddəsindəki cədvəlin 3.2.1-ci bəndində nəzərdə tutulan “Müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
15. Bu Fərman 2009-cu il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev,


Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 dekabr 2008-ci il
№ 37

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 7 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (“Azərbaycan” qəzeti 8 oktyabr 2009-cu il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 776)

2. 10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

[1] 7 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (“Azərbaycan” qəzeti 8 oktyabr 2009-cu il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 776) ilə 2.5.1.2-ci, 2.5.2.5-ci və 2.5.3.2-ci bəndlərində “Azərbaycan Dövlət Dəmir Yolunun”, 10-cu bəndində “Azərbaycan Dövlət Dəmir Yolu” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.


10 noyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 noyabr 2009-cu il, № 252) ilə 10-cu bənddən «Azəriqaz,» sözləri çıxarılmışdır.

[2] 10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886) ilə 11-ci və 12-ci bəndlərdə «Azərenerji», «Azəriqaz» sözləri «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, «Azərenerji» sözləri ilə əvəz edilmişdir.
Yüklə 433,2 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin