“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi



Yüklə 18.41 Kb.
tarix22.06.2018
ölçüsü18.41 Kb.


“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy
“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair rəy Hesablama Palatası Kollegiyasının 22 oktyabr 2009-cu il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Rəydə qeyd olunmuşdur ki, qlobal maliyyə və iqtisadi böhranın təsiri nəticəsində dünya iqtisadiyyatında baş verən mənfi meyllər bir çox inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzülə, ictimai həyatın əksər sahələrində problemlərin yaranmasına və iqtisadi artımın əhəmiyyətli səviyyədə geriləmə ilə əvəz edilməsinə səbəb olsa da, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasət, vaxtında və məqsədyönlü şəkildə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində iqtisadiyyatın dayanıqlılığı qorunub saxlanılmış, nəzərdə tutulmuş investisiya və sosial proqramların icrası davam etdirilmiş, ictimai və fərdi tələbin lazımi səviyyədə saxlanılması üçün monetar və fiskal alətlərdən aktiv istifadə edilmişdir. Bütün bunlar son nəticədə makroiqtisadi göstəricilərin sabitləşməsinə, ölkədə iqtisadi mühitin xarici investorlar üçün cəlbediciliyinin saxlanılmasına, əlverişli biznes mühitinin formalaşmasına zəmin yaratmışdır.


    
Əlverişli makroiqtisadi şəraitin növbəti ilin büdcə layihəsinin sosial yönümlülüyünün, habelə xərclərin strukturunun ölkəmiz üçün xarakterik olan inkişaf və quruculuq xəttinə uyğun olaraq investisiya yönümlülüyünün qorunub saxlanılmasına imkan verməsi xüsusi vurğulanmış və qeyd olunmuşdur ki, investisiya xərclərinin növbəti illərdə azaldılması hesabına əldə olunacaq vəsaitlərin insan kapitalının inkişaf etdirilməsinə və sosial müdafiənin gücləndirilməsinə, xərclərin investisiya və sosial yönümlülüyünün sintezinin əldə olunmasına münbit şərait yaradacaqdır.
 
 Palata əvvəlki rəy və hesabatlarda qeyd olunmuş bir sıra təkliflərin növbəti ilin büdcə layihəsində nəzərə alınmasını, bəzi qanunvericilik aktlarında, o cümlədən “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsini, habelə tənzimləyici normativ aktların qəbul edilməsini, büdcə layihəsində xərclərin strukturunun təkmilləşdirilməsini, bəzi təyinatlar üzrə xərclərin, o cümlədən küçələrin işıqlandırılması paraqrafına ayrılan vəsaitlərin həcminin əvvəlki illərlə müqayisədə azaldılmasını, kənd təsərrüfatına ayrılan vəsaitlərin xüsusi çəkisinin ötən illərə nisbətən artımla proqnozlaşdırılaraq aqrar sektorun prioritet sahələrdən biri kimi qəbul edilməsini və bu sahənin inkişafına dövlət dəstəyinin verilməsini, həmin vəsaitlərin məhsuldarlığı artıran texnika və texnologiyaya, cins mal-qara və məhsuldar toxum növlərinə, daha səmərəli gübrələrə sərf edilməsinin nəzərdə tutulmasını, ətraf mühitin mühafizəsi xərclərinin 2010-cu ildə artırılmasını və vəsaitlərdən səmərəli istifadə etməklə ekoloji tarazlığın bərpası istiqamətində aparılan tədbirlərin davam etdirilməsini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə əvvəlki illə müqayisədə az proqnozlaşdırılan xərclərin əksəriyyətinin bir qayda olaraq istismar xərclərinə, qeyri-məhsuldar xərclərə, cari xərclərə, subsidiyalara və müdafiə olunmayan digər xərclərə aid olmasını, investisiya yönəldilən tikintilərin layihə-smeta sənədlərinin hazırlanması üçün büdcə layihəsində ayrıca sətirlə müvafiq vəsaitin nəzərdə tutulmasını və s. öz rəyində təqdirəlayiq hallar kimi dəyərləndirmişdir.

Palata xarici kreditlərin rentabelli sahələrə və istiqamətlərə cəlb edilməsini büdcəyə əlavə xərc yükünün yaranmaması və xarici borcun silsiləli artmaması baxımından səmərəli və məqsədəuyğun hesab etmişdir. Palata tərəfindən rəydə dövlət borcu üzrə xidmətlərə dair xərclərin ümumi artımı və strukturunda isə daxili dövlət borcu üzrə ödənişlərin xarici dövlət borcu ilə bağlı ödənişlərlə müqayisədə artımının müşahidə olunması dövlət borcu üzrə ödənişlərin strukturunda yeni meyl olmaqla yanaşı daxili kredit-kapital bazarının inkişafının göstəricisi, habelə güc strukturlarını əhatə edən bölmələri  üzrə xərclərin tərkibində əməyin ödənişi və maddi texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərin daha böyük xüsusi çəkiyə malik olması bu bölmələr üzrə maliyyələşən təşkilatlarda çalışanların pul təminatının nəzərəçarpacaq dərəcədə artırılmasını, iş şəraitinin daha da yaxşılaşdırılmasını təmin edəcək amillər kimi dəyərləndirilmişdir.


Rəydə dünya iqtisadiyyatında davam edən qlobal böhran şəraitində ölkəmizdə formalaşmış əlverişli makroiqtisadi mühit və bu mühitin növbəti ilin dövlət büdcəsinin parametrlərinə təsiri ətraflı araşdırılmış, 2010-cu ilin dövlət büdcəsi layihəsinin dünya iqtisadiyyatının çağırışlarına adekvat cavab verməsi xüsusilə vurğulanmış və qeyd olunmuşdur ki, büdcə layihəsi qlobal böhranın davam etməsi barədə qeyri-müəyyənliklərin qaldığı bir şəraitdə hazırlanmışdır. Bəzi ölkələrdə iqtisadi canlanmanın müşahidə edilməsinə baxmayaraq, qlobal böhranın davam edəcəyi barədə fərqli mövqelər qalmaqda davam etmişdir. Belə bir şəraitdə 2010-cu ilin dövlət büdcəsinin tərtibində mümkün risklərin azaldılması üçün hökumət tərəfindən ehtiyatlı yanaşmanın tətbiqini Palata təqdirəlayiq hal hesab etmiş və rəydə növbəti ildə büdcənin ölkədə makroiqtisadi sabitliyi və sosial öhdəliklərin yerinə yetirilməsini təmin edəcəyinə əminlik vurğulanmışdır. Qeyd olunmuşdur ki, növbəti ildə dövlət büdcəsi xərclərinin həcminin əvvəlki illə müqayisədə azalmasına baxmayaraq, büdcə layihəsi hökumətə öz proritetlərindən imtina etməyərək, bütün sosial öhdəlikləri yerinə yetirməsinə imkan verəcəkdir.


Eyni zamanda Palata tərəfindən rəydə Dövlət Neft Fondundan edilən transfertin təyinatının qanun layihəsində göstərilməsi, vergi ödəyiciləri üzrə yığım səviyyəsinin artırılması, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi, diplomatik nümayəndəliklərin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin və digər vasitəli vergilərin geri alınması və qısa müddət ərzində dövlət büdcəsinə ödənilməsinin diplomatik nümayəndəliklər tərəfindən təmin edilməsinə nəzarətin gücləndirilməsi, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nda nəzərdə tutulmuş uşaqbaşına normativ maliyyələşdirmə prinsipinin həyata keçirilməsi, texniki peşə məktəblərində və liseylərdə ixtisaslı kadr hazırlığının əmək bazarının tələbləri nəzərə alınmaqla sifarişlər əsasında hazırlanması metodikasının tətbiq edilməsi, şəkərli diabet xəstələrin müalicəsi üçün zəruri olan dərman pereparatlarının alınmasının bir qisminin “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində mərkəzləşdirilmiş qaydada, digər qisminin isə yerli xərclərdə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsi hallarının qarşısını almaq məqsədilə şəkərli diabet xəstələrin sayının və bir xəstəyə düşən xərc normativinin müəyyən edilməsi və ayrılacaq vəsaitin həmin göstəricilərə uyğun bölgüsünün aparılması, büdcənin proqramlılıq səviyyəsinin artırılması, inkişaf etmiş ölkələrdə olduğu kimi mənzil-kommunal təsərrüfatının özünümaliyyələşdirmə və bazar prinsiplərinə keçirilməsi hesabına zərərin azaldılması, vacib olan mənzil-kommunal tədbirlərinin dövlət dəstəyi olmaqla həyata keçirilməsi əsasında proqnozlaşdırmanın aparılması, pullu xidmətlərin həcminin və əldə olunan vəsaitlərin uçotunun düzgün təşkil edilməsi, yığım səviyyəsinin artırılması hesabına dövlət büdcəsindən həmin sahələrə ayrılan vəsaitlərin həcminin azaldılması, vəsaitlərin daha çox yeni və mütərəqqi texnologiyaların tətbiq olunduğu sahələrə yönəldilməsi, xərclərin idarəedilməsində daha çox monetar və fiskal tənzimlənmə alətlərinin birgə istifadə edilməsi, sosial xarakterli ipoteka kreditlərinin verilməsi mexanizminə, həmin kreditlərin ünvanlılığının və təyinatı üzrə istifadəsinə nəzarətin artırılması istiqamətlərinə dair mövcud qanunvericiliyin təkmilləşdirilməsi işlərinin davam etdirilməsi və s. məqsədəmüvafiq hesab edilmişdir.




Hesablama Palatası bütövlükdə aparılan araşdırmaları ümumiləşdirərək Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanması və təqdim edilməsi qənaətinə gəlmişdir. 

Yuxarıda qeyd olunanları, habelə dövlət büdcəsi layihəsində innovasiya metodlarına əhəmiyyətli dərəcədə üstünlük verilməsini nəzərə alaraq Hesablama Palatası Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsini tövsiyə etmişdir.




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə