Maddə 34. Su obyektlərindən istifadə hüququnun əldə edilməsi
Su obyektlərindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilə bilər. Su obyektlərindən istifadənin icazə tələb edən növləri və icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Su obyektləri istifadəçisi — fiziki şəxs öldükdə və ya su obyektləri istifadəçisi — hüquqi şəxs yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların varislərinə keçir.
Su obyektlərindən istifadə hüququ bir şəxsdən başqasına bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadə məqsədlərini dəyişməmək şərti ilə keçə bilər.
Xüsusi mülkiyyətdə olan su obyektlərinə hüquqlar mülki qanunvericilikdə, torpaq qanunvericiliyində və bu Məcəllədə nəzərdə tutulmuş qaydada əldə edilir. (7)
Dostları ilə paylaş: |