Maddə 44. Sudan istifadə hüququna xitam verilməsi
səhifə 33/71 tarix 04.01.2022 ölçüsü 186,99 Kb. #56851
Maddə 44. Sudan istifadə hüququna xitam verilməsi
Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna aşağıdakı hallarda xitam verilir:
sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə ;
su obyektlərindən istifadə müddəti qurtardıqda;
hüquqi şəxslər ləğv olunduqda ;
su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə ;
su obyektləri ayrıca istifadədən geri alındıqda;
sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə ;
su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Dostları ilə paylaş: