879-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 880) ilə 116-cı maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi
116.1. Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisələrinə verilirlər.
116.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər.
116.3. Uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır.
116.4. Valideyn himayəsindən məhrum olan uşaqların ailəyə və ya bu Məcəllənin 116.1-ci maddəsində göstərilən müəssisələrə yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.
63 30 may 2023-cü il tarixli 879-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 880) ilə yeni məzmunda 116-1-ci maddə əlavə edilmişdir.
64 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Dostları ilə paylaş: |