Nikahın pozulmasının qeydə alınma yeri Ərizə əsasında nikahın pozulmasını ər-arvaddan və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.
172 20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 180.2-ci maddədə “, lakin nikahın pozulması haqqında şəhadətnamə alanadək onlardan heç biri yeni nikahı qeyd etdirə bilməz” sözləri “və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər” sözləri ilə əvəz edilmişdir.
KMQ1KMQ1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 7 iyul 2013-cü il tarixli qərarı) – (“Respublika” qəzeti, 20 iyul 2013-cü il, №156)ilə Nikahın pozulmasının qeydə alınması qaydalarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 182.1-ci maddəsinin “yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı” müddəası qüvvədən düşmüş hesab edilmişdir.
8 iyul 2022-ci il tarixli 581-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 828) ilə 182.1-ci maddədə “kəmağıllılıq” sözü “əqli gerilik” sözləri ilə əvəz edilmişdir.
KMQ1KMQ1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 7 iyul 2013-cü il tarixli qərarı) –