Atalığın müəyyən edilməsinin qeydə alınması yeri
Ərizə əsasında Atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır.
175 27 dekabr 2021-ci il tarixli 464-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2022-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 11) ilə yeni məzmunda 187.1-1-ci maddə əlavə edilmişdir.
176 2 may 2023-cü il tarixli 864-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 may 2023-cü il, “Azərbaycan” qəzeti, 1 iyun 2023-cü il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 627) ilə 190-cı maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası
Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.
177 27 dekabr 2021-ci il tarixli 464-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2022-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 11) ilə 193-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 193. Ölümün qeydə alınması qaydası
193.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır.
193.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
|