Övladlığa götürmənİn qeydə alınması
Maddə 176. Övladlığa götürmənin qeydə alınmasının yeri və qaydası
176.1. Övladlığa götürmə barədə qeydiyyat övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanında aparılır.164
176.2. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməyə borcludurlar.165
Maddə 177. Övladlığa götürülənin doğumu haqqında akt qeydlərində dəyişikliklər edilməsi 166
Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğumu haqqında akt qeydində müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir. 167
Maddə 178. Övladlığa götürmə haqqında akt qeydinin ləğvi 168
178.1. Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmə haqqında akt qeydini ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında akt qeydində övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir. 169
178.2. Övladlığa götürmə uşağın valideynlərinin xahişi ilə ləğv edilmişsə, uşağın valideynləri, övladlığa götürmə müvafiq icra hakimiyyəti orqanının tələbi ilə ləğv edilmişsə, bu orqan övladlığa götürmə haqqında akt qeydini ləğv etmə haqqında məlumat verə bilər. 170
25-ci fəsil
Dostları ilə paylaş: |