30 may 2023-cü il tarixli 879-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 880) ilə yeni məzmunda 142-1-ci maddə əlavə edilmişdir.
118 30 may 2023-cü il tarixli 879-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 880) ilə 143-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 143. Uşağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilə 143.1. Uşağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilədə hökmən onun yaşayış, tərbiyə və təhsil şəraiti, himayədar valideynlərin hüquq və vəzifələri, qəyyumluq və himayə orqanının himayədar ailə qarşısında vəzifələri, bu müqavilənin ləğv olunmasının əsasları və nəticələri göstərilir. Himayəçi valideynlərin əməyinə görə haqqın miqdarı və tərbiyə üçün götürdükləri uşaqların sayından asılı olmaqla onlara verilən imtiyazlar qanunvericiliklə müəyyən edilir. 143.2. Uşağın tərbiyə üçün ailəyə verilməsi barədə müqavilə üzürlü səbəb olarsa (xəstəlik, ailə və əmlak vəziyyətinin dəyişməsi, uşaqla qarşılıqlı anlaşmanın olmaması, uşaqlar arasında münaqişəli vəziyyət) himayədar valideynlərin təşəbbüsü ilə, eləcə də uşağın ailədə tərbiyəsinə, təhsilinə və sağlamlığına əlverişsiz şəraitin olduğu və ya uşaq öz ailəsinə qaytarıldığı, yaxud övladlığa götürüldüyü hallarda qəyyumluq və himayə orqanının təşəbbüsü ilə vaxtından əvvəl pozula bilər.