Azərbaycan Respublikasının
Baş naziri
cənab Əli Əsədova
“Bakı Ağ Şəhər” layihəsi üzrə yol infrastrukturunun yenidən qurulması,
Nobel prospekti üzərindən yüksək arxitekturaya malik piyada körpüsünün tikintisi barədə
Hörmətli cənab Baş nazir!
Azərbaycan Respublikası Prezidentinin 28 senytabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində Bakı səhər İcra Hakimiyyəti başçısının 11 iyun 2007-ci il tarixli 262 nömrəli Sərəncamına uyğun olaraq, “Bakı Ağ Şəhər” layihəsinin Əsaslandırılması üçün Baş Planı hazırlanmış və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 20 may 2010-cu il tarixli 18/04-122 nömrəli məktubu və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 21 iyun 2010-cu il tarixli 04/04-506 nömrəli məktubu ilə razılaşdırılmışdır.
“Bakı Ağ Şəhər” layihəsi üzrə yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Nobel prospekti üzərindən Fəvvarələr meydanı Parkı, Zaman meydanı və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, yüksək arxitekturaya malik yerüstü piyada körpüsünün tikintisi nəzərdə tutulmuşdur. Piyada körpüsünün tikintisi 2020-ci ildə başlanmış, hal-hazırda piyada körpüsünün bünövrə əsasının və dəmir beton qazma doldurma svaylarının tikintisi həyata keçirili
3/14-8034
15.12.2017
“Azərişıq” ASC-nin İdarə Heyətinin sədri cənab Vüqar Əhmədova
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
yeni avtomobil yolunun layihələndirilməsi və tikintisinə dair
Hörmətli Vüqar müəllim!
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun layihələndirilməsi və tikintisi “Azəravtoyol” ASC tərəfindən həyata keçirilir.
Fərmanın icrası ilə bağlı vaxt məhdudiyyətini nəzərə alaraq, yolun təhkim zolağına düşən qurumunuza məxsus mövcud qurğuların və tikililərin layihə üzrə yerinin müəyyən edilib planda göstərilməsi və tikinti sahəsinə düşən qurğuların köçürülməsilə əlaqədar texniki şərtlərin verilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik.
Xahiş edirik nəzərə alasınız.
Qoşma: M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
yeni avtomobil yolunun plan layihəsi -2 albom.
Dostları ilə paylaş: |