Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun layihələndirilməsi vətikintisi “Azəravtoyol” ASC tərəfindən həyata keçirilir.
Fərmanın icrası ilə bağlı vaxt məhdudiyyətini və layihənin əhəmiyyətini nəzərə alaraq, layihələndirilən yolun plan cizgilərinin razılaşdırılması üçün Sizə təqdim edirik.
Xahiş edirik nəzərə alasınız.
Qoşma: M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun plan layihəsi -2 albom. Hörmətlə, Saleh Məmmədov
3/14-7872 11.12.2017 Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayevə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun layihələndirilməsi və tikintisinə dair Hörmətli Muxtar müəllim!
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun layihələndirilməsi vətikintisi “Azəravtoyol” ASC tərəfindən həyata keçirilir.
Fərmanın icrası ilə bağlı vaxt məhdudiyyətini nəzərə alaraq, yolun təhkim zolağına düşən təşkilatınıza məxsus mövcud qurğuların və tikililərin layihə üzrə yerinin müəyyən edilib planda göstərilməsi və tikinti sahəsinə düşən qurğuların köçürülməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik.
Xahiş edirik nəzərə alasınız.
Qoşma: M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun plan layihəsi -2 albom. Hörmətlə, Saleh Məmmədov