Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 340. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma



Yüklə 0,87 Mb.
səhifə293/300
tarix07.01.2022
ölçüsü0,87 Mb.
#89424
1   ...   289   290   291   292   293   294   295   296   ...   300
Maddə 340. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma

340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vurduqda—



    • bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

340.2. Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 341. Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə

341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

341.2. Eyni əməllər:

341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;

341.2.2. silah tətbiq olunmaqla törədildikdə;

341.2.3. ağır nəticələrə səbəb olduqda—



    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin