Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 342. Qulluğa səhlənkar yanaşma



Yüklə 0,87 Mb.
səhifə294/300
tarix07.01.2022
ölçüsü0,87 Mb.
#89424
1   ...   290   291   292   293   294   295   296   297   ...   300
Maddə 342. Qulluğa səhlənkar yanaşma

342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 343. Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə

Rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün başqa vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi—



    • üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 344. Batmaqda olan hərbi gəmini tərk etmə

344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil olan şəxsin tərk etməsi—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 345. Döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçırma

345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırma—



    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

345.2. Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

    • on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin