Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Meyitlərin təsadüfi ekshumasiyası



Yüklə 214,3 Kb.
səhifə4/4
tarix02.02.2022
ölçüsü214,3 Kb.
#114007
1   2   3   4
2. Meyitlərin təsadüfi ekshumasiyası;

Torpaq işləri görülən və köhnə binaların sökülməsi zamanı təsadüfən basdırılmış meyitlərin aşkar olunması;



3. Meyitlərin cinayət xarakterli ekshumasiyası;

Soyğunçuluq məqsədilə;

Cinsi həvəsi təmin etmək məqsədilə (nekrofiliya);

Təhqir etmə məqsədilə. (Ş.Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı)

Cəsəd torpağdan çıxarıldıqdan sonra iş icracısının (müstəntiq və ya məhkəmə) qərarına uyğun olaraq, cəsədin tam müayinəsi yaxud da hansısa hissələrin şəkillərinin çəkilməsi, müəyyən nümunələrin götürülməsi (saç, sümük) ola bilər.

5. Meyyiti ona hörmətsizlik olan yerdə (əqidəsinə uyğun olmayan qəbiristanlığda) dəfn etdikdə ekshumasiya işini icra etmək olar.

Etiqadı üzrə olan qəbiristanlıqda eyni dinə etiqad edən şəxslər dəfn edilir. Onlar yerli idarə orqanları nəzdində ola bilər və buna əsasən müvafiq dini birliklər onların fəaliyyətini tənzimləyirlər. Hər bir insanın şərəf və ləyaqəti qanunlarda qorunduğu kimi, İslam hökmlərində də öz əksini tapmışdır. Digər dinlərdə olduğu kimi müsəlmanı da yalnız müsəlmanlara məxsus qəbirstanlıqlarda dəfn etmək lazımdır.

6. Dəfn olunmuş qadının bətnindən diri uşağı çıxarmaq üçün də qəbri açmaq icazəlidir.

İslamın yeni yayıldığı vaxtlarda dünyanın “qara üzü” daha çox idi. İnsanlar cəhalət içində çabalamaqla yanaşı, hüquqları tapdalanır, öz qız övladlarını diri-diri torpağa dəfn edirdilər. Bu məsələ İslamın əsas qanunvericilik kitabı olan Qurani-Kərimin əl-İsra sürəsinin 31-ci ayəsində də öz əksini tapmış və uca Yaradan bu haqda "Yoxsulluqdan qorxub (Cahiliyyə dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” buyurmuşdur.

Bu gün də müasir dünyada bu “insan qətliamının” başqa bir forması icra olunmaqdadır. Bir çox ailələr doğulacaq qız uşaqlarını qəbul etməyərək gələcək övladlarını “diri diri öldürürlər”. Statiskaya nəzər salanda boşanma hallarının əsas səbəblərindən biri də, qız övladı dünyaya gəldiyinə görədir.

Bu ekshumasiya zamanı isə biz İslamın insanlığa verdiyi dəyəri bir daha açıq-aydın görür və Allahın buyurduğu kimi, bütün növ insan qətliamının pis olduğunu görürük.

7. Yırtıcı heyvanın qəbri qazaraq cəsədi parçalayacağından, sel aparacağından, yaxud düşmənin onu çıxaracağından qorxu olduqda ekshumasiya edilərək cəsəd digər yerə köçürülür.

8. Meyyit dəfn olunduqdan sonra aşkarlanan bədən üzvlərindən ötrü ekshumasiya edilir. Bu zaman ekshumasiya işi natamam icra olunur. Yəni aşkarlanan bədən əzası qəbrə elə tərzdə qoyulmalıdır ki, meyyitin bədəni görünməsin.

Nəticə olaraq qeyd etmək olar ki, ekshumasiya İslam qanunlarından olduğu üçün bu məsələ daha dərindən araşdırılaraq cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Yuxarıda göstərilənlərdən bəlli oldu ki, İslama görə qəbri açmaq müəyyən şərtlər daxilində icazəlidir. Bu hallara qarşı çıxmaq isə, İslam şəriətinə qarşı çıxmaq deməkdir.



Samid Quliyev,

Lənkəran rayonu Ləj kənd məscidinin Axundu,

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı,

axundsamid@gmail.com







Yüklə 214,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin