Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə 05-06 may 2023-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: Problemlər və perspektivlər” adlı VI Beynəlxalq elmi-praktiki konfrans
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə 05-06 may 2023-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: Problemlər və perspektivlər” adlı VI Beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının zəngin rekreasiya ehtiyatlarını, turizmin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini, dünya turizm bazarı və bu bazarda ölkəmizin yerini, turizm təhsili sahəsində mövcud problemləri araşdırmaq, bu sahədə tədqiqat aparan elm adamları arasında əməkdaşlıq yaratmaq və mövcud əməkdaşlığı genişləndirməkdir.
Konfransın keçiriləcəyi ilə əlaqədar məlumat keçən il noyabr-dekabr aylarında xarici tərəfdaşlara və ölkəmizdə turizm təhsili verən ali məktəblərə göndərilmiş və 150-dən artıq tədqiqatçı konfransda iştirak üçün müraciət etmişdir. Daxil olan məruzələr təşkilat komitəsi tərəfindən araşdırılmış və onlardan 105-i proqrama daxil edilmişdir. Məruzələrdən 2-si Türkiyədən, 2-ci Gürcüstandan, Rusiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın hərəsindən 1, 97-si isə ölkə tədqiqatçılarına aiddir. Ölkə tədqiqatçıları ATMU,BDU, UNEC, ADMİU, SDU,NDU Azərbaycan Koperasiya Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunu təmsil edirlər.
Dostları ilə paylaş: |