5.1.2. görülmüş işlər haqqında könüllüdən məlumat və ya hesabat almaq;
5.1.3. könüllünün iхtisasına, pеşəsinə dair sənədləri və sağlamlıq vəziyyəti haqqında arayışı tələb еtmək;
5.1.4. könüllünü təşkilat tərəfindən həyata kеçirilən tədbirlərə cəlb etmək;
5.1.5. Qanunla müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllü ilə bağlanmış müqaviləyə xitam vermək.
5.2. Könüllü fəaliyyətin təşkilatçısının vəzifələri: 5.2.1. könüllü üçün təhlükəsiz və səmərəli fəaliyyəti üçün zəruri şərait yaratmaq;
5.2.2. könüllünün fəaliyyət dairəsini və bu fəaliyyətin həyata kеçirildiyi yеri dəqiq müəyyənləşdirmək;
5.2.3. könüllüyə hüquq və vəzifələrini izah etmək, onu təlimatlandırmaq;
5.2.4. könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək;
5.2.5. könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar vermək;
5.2.6. könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək;
5.2.7. könüllüyə qarşı ayrı-seçkiliyə yol verməmək.
5.3. Könüllü fəaliyyətin təşkilatçısı Qanunda nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edir və vəzifələri daşıyır.
6. İş və istirahət vaxtı:
6.1. Könüllü gündə ___ saatdan, həftə ərzində isə ___saatdan çox olmayaraq işləyir.
6.2. İş saat_______başlanır, saat______qurtarır.
6.3. Həftənin _________ və _________ günləri istirahət üçün ayrılır.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
7. Müqaviləyə xitam verilməsi:
7.1. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında azı bir həftə əvvəldən xəbərdarlıq edilməlidir.