Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 173. İşçilərin haqq-hesab sənədləri



Yüklə 0,85 Mb.
səhifə139/259
tarix07.01.2022
ölçüsü0,85 Mb.
#84864
1   ...   135   136   137   138   139   140   141   142   ...   259
Maddə 173. İşçilərin haqq-hesab sənədləri

1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:


    • hesablanmış əmək haqqının ümumi məbləği;

    • əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;

    • əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;

    • faktik ödənilən məbləğ;

    • tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsiilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin