Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə11/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
" sözləri "Vergilər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. 4.1. Azərbaycan Respublikası Vergilər Nazirliyi aşağıdakı işləri həyata keçirir:4.1.1. Qəbul olunmuş qaydada STXM-i qeydiyyatdan keçirir, (STMX-in istifadə etdiyi kleymo, plomb və möhürlərin şəkilləri onlarda olmalıdır);4.1.2. Azərbaycan Respublikası ərazisində istismarına icazə verilmiş NKA-ları qəbul olunmuş qaydada qeydiyyatdan keçirir, STMX-də servis texniki xidmətə qoyulmuş NKA-nın uçotunu aparır;4.1.3. İstifadəsi qadağan olunmuş NKA-nın modellərini qeydiyyatdan çıxarır;4.1.4. Qeydiyyat kartlarında NKA-nın uçota salınması və ya silinməsi, həmçinin təmirə qoyulması və təmirdən sonra istismara verilməsi barəsində qeydlər aparır;4.1.5. İstehlakçılar tərəfindən istifadə edilən NKA-da STMX-in qoyduğu plombların mövcudluğunu yoxlayır;4.1.6. STMX mütəxəssislərini cəlb etməklə xidmətdə olan NKA-ların sazlığını yoxlayır;4.1.7. NKA-nın fiskal yaddaşında saxlanılan məlumatlara, alıcılara çekin verilməsinə nəzarət edir və NKA-nın istismarı üçün təyin edilmiş başqa parametrlərin yerinə yetirilməsini yoxlayır;4.1.8. NKA-nın istehlakçıları üçün qoyulmuş hesabat məlumatlarının dolğun və düzgünlüyünə nəzarət edir;4.1.9. NKA-nın təmir və servis texniki xidmətinin keyfiyyəti barədə irad və təkliflərini sahələrarası ekspert komissiyasına təqdim edir;4.1.10. Mədaxilin uçotunu və nəzarətini düzgün apara bilməyən NKA-ların modellərinin Dövlət reyestrindən çıxarılması üçün sahələrarası ekspert komissiyasına təkliflər verir;4.1.11. Vergi orqanları işçilərinə NKA ilə işləmək qayda və qanunlarının öyrədilməsini təşkil edir; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 4.1.11-ci yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.4.1.12. NKA-nın tətbiqi haqqında normativ sənədlərin tələbləri STMX-in günahı üzündən pozularsa STMX-in qeydiyyatını ləğv edir;4.1.13. elektron məsafədən ötürmə qurğularından nazirliyin mərkəzi serverinə məlumatların ötürülməsi ilə bağlı texniki parametrləri müəyyən edir;4.1.14. elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti quraşdırılmalı obyektləri müəyyən edir;4.1.15. nazirliyin mərkəzi serveri vasitəsilə elektron məsafədən ötürmə qurğularından ötürülən məlumatların qəbulunu və emalını təşkil edir;4.1.16. mütəmadi olaraq mütəxəssisləri cəlb etməklə, elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin sazlığını yoxlayır;4.1.17. qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin təchizatçısının müəyyən edilməsini həyata keçirir və təsdiq edilməsi üçün Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına təqdim edir; 4.1.18. nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının təsdiq etdiyi nəzarət-kassa aparatlarına dair yeni texniki tələblərə uyğun olan elektron məsafədən ötürmə qurğularına və ya elektron nəzarət lentinə zəruri parametrlərin yüklənməsini (inisializasiyasını) təşkil edir;4.1.19. NKA-nın satılması, istismarı, servis texniki xidməti və təmiri ilə bağlı şikayət və təkliflərə baxır. 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 4.1.13 - 4.1.18-ci yarımbəndlər əlavə edilmişdir və 4.1.13-cü yarımbənd 4.1.19-cu yarımbənd hesab edilmişdir.5. İcra hakimiyyəti orqanları
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin