Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə12/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
5.1. Azərbaycan Respublikası icra hakimiyyəti orqanları Respublika ərazisində bu Əsasnamənin icrasını təmin etmək məqsədi ilə aidiyyatı tədbirləri görür.5.1.1. Bu Əsasnamənin müddəaları pozulan hallarda sahələrarası ekspert komissiyasına NKA-nın modellərinin Dövlət reyestrindən çıxarılması üçün tövsiyyələr verir;5.1.2. Nka-nın satışı, istismarı, servis texniki xidməti və təmiri ilə əlaqədar olan şikayət və təkliflərə baxır, qanunda nəzərdə tutulmuş uyğun qərarlar qəbul edir və bu barədə sahələrarası ekspert komissiyasına məlumat verir.6. Nəzarət-kassa aparatlarının sifarişçiləri6.1. Nəzarət-kassa aparatlarının sifarişçiləri hüquqi şəxsdir, onun təşəbbüsü ilə elektron məsafədən ötürmə qurğularının quraşdırılması imkanı olan NKA-nın modeli Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş nəzarət-kassa aparatlarının Dövlət reyestrinə salınır. 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 6.1-ci bənddə "təşəbbüsü ilə" sözlərindən sonra "elektron məsafədən ötürmə qurğularının quraşdırılması imkanı olan" sözləri əlavə edilmişdir.6.2. Nəzarət-kassa aparatlarının sifarişçisi:Dövlət reyestrinə daxil etmək üçün elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin quraşdırılması imkanı olan Nka-nın müəyyən modelini sifariş edir; 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 6.2-ci bənddə "üçün" sözündən sonra "elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin quraşdırılması imkanı olan" sözləri əlavə edilmişdir.sifariş verdiyi modellərin sertifikatlaşdırılmasında və texniki sınağında iştirak edir.təchizatçı ilə müqavilə bağlayır və sifariş verdiyi NKA-nın təchizatını təşkil edir;sifariş verdiyi NKA-nın istismarı haqqında məlumat toplayır, ümumiləşdirilmiş məlumatı sahələrarası ekspert komissiyasına təqdim edir.6.3. Nəzarət-kassa aparatlarının sifarişçisinin vəzifələri:6.3.1. Onun təşəbbüsü ilə Dövlət reyestrinə salınmış NKA-nın modellərinin təchizatçılarını sahələrarası ekspert komissiyasında təmsil etmək;6.3.2. Nəzarət-kassa aparatlarına texniki tələblər dəyişdikdə verdiyi NKA-nın həmin texniki tələblərə uyğunlaşmasını təmin etmək;6.3.3. Təchiz olunacaq aparatların Dövlət reyestrinə daxil edilmiş NKA-nın modellərinin etalon nümunəsi ilə uyğunluğunu təmin etmək;6.3.4. NKA üçün təyin olunmuş istismar müddəti ərzində stend avadanlıqlarına, test proqramlarına, ehtiyat hissələrinə və ləvazimatlara, təmir və istismar sənədlərinə olan sifarişlərini təmin etmək;6.3.5. NKA-ya elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin quraşdırılmasını təmin etmək. 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 6.3.5-ci yarımbənd əlavə edilmişdir və 6.3.5-ci yarımbənd 6.3.6-cı yarımbənd hesab edilmişdir.6.3.6. Dövlət reyestrinə salınmış NKA-ya servis texniki xidməti göstərilməsi üçün STMX-lər təsis etmək.6.4. Nəzarət-kassa aparatlarının sifarişçisinin hüquqları:6.4.1. NKA-nın təchizatını öz üzərinə götürmüş hüquqi şəxslə (hüquqi şəxslərlə) müqavilə bağlamaq, sonradan onu komissiyada təmsil etmək;6.4.2. Ərizəsinə uyğun model müvafiq qaydada Dövlət reyestrinə daxil edilibsə, bu Əsasnamənin 7 bölməsində qoyulmuş tələbləri yerini yetirməyə cavabdehdir;6.4.3. Bu Əsasnamənin 8 bölməsinin müddəalarının tələblərini pozmamaq şərti ilə sifariş verdiyi modeli Azərbaycan Respublikası ərazisində sata bilər;
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin