Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə13/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
6.4.4. Bu Əsasnamənin 10 bölməsinin müddəalarının tələblərini pozmamaq şərti ilə sifariş verdiyi modellər üzrə STXM funksiyasını icra edə bilər.6.5. Nəzarət-kassa aparatının sifarişçisi Azərbaycan Respublikasında mövcud qanunlar əsasında məsuliyyət daşıyır:6.5.1. Sifariş edilmiş NKA təchizatda sertifikatlanmış parametrlərə və etalon nümunələrə uyğun olmadıqda.6.5.2. Sifariş edilmiş NKA modellərində təchizat zamanı konstruktiv deffekt olduqda, eyni zamanda bu deffektlər istismar zamanı müəyyən edildikdə.7. Nəzarət-kassa aparatlarının təchizatçıları 7.1. Nəzarət-kassa aparatlarının təchizatçısı hüquqi şəxsdir, o NKA-nın təchizatını və (və ya) müəyyən olunmuş modellərinin istehsalını, servis texniki xidməti və təmirini təşkil edir.7.2. Nəzarət-kassa aparatlarının təchizatçısı:sifarişçi ilə NKA-nın reyestrə daxil olmuş modelinin təchizatı üçün müqavilələr bağlayır;təchizat müqavilələrinə və təsdiq edilmiş spesifikasiyaya uyğun olaraq elektron məsafədən ötürmə qurğularının quraşdırılmasına texniki imkan verən NKA modellərinin təchizatını və (və ya) istehsalını təşkil edir. 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 7.2-ci bəndin üçüncü abzası yeni redaksiyada verilmişdir.Əvvəlki redaksiyada deyilirdi:təchizat müqavilələrinə uyğun olaraq NKA modellərinin təchizatını və (və ya) istehsalını təşkil edir;müqavilələr əsasında satıcılar və STXM şəbəkəsi yaradır, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir;NKA-nın satıcıları ilə təchizat müqavilələri bağlayır;təchiz olunmuş NKA-ya servis texniki xidməti və təmir üçün STXM-lə müqavilələr bağlayır;təchiz etdiyi NKA-nın istismarı barədə məlumat toplayır və ümumiləşdirilmiş məlumatı sifarişçiyə və sahələrarası ekspert komissiyasına təqdim edir.7.3. Nəzarət-kassa aparatlarının təchizatçısının vəzifələri:7.3.1. Təchiz etdiyi NKA-nın STXM-lə təminatlı təmirini təmin etmək;7.3.2. NKA üçün sahələrarası ekspert komissiyasının təyin etdiyi istismar müddəti ərzində STXM-i ləvazimat və ehtiyat hissələrlə, təmir və istismar sənədləri ilə təmin etmək;7.3.3. NKA istifadəçilərini (satıcıları) və STXM işçilərini NKA ilə işləməyi öyrətmək, onları attestasiya etmək, uyğun şəhadətnamə və vəsiqələrlə təmin etmək;7.3.4. Vergi orqanları işçilərinə NKA-nın tətbiqi məsələlərinin öyrədilməsi prosesində iştirak etmək; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 7.3.4 - cü yarımbəndində "Vergi Müfəttişliyi" sözləri "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.7.3.5. Vergi orqanları işçilərinin NKA-nın tətbiqi məsələsinin öyrədilməsinin təşkilində STXM-ə metodiki köməklik göstərmək; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin