Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə14/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 7.3.5-ci yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.7.3.6. Sahələrarası ekspert komissiyasının qərarlarını yerinə yetirmək, öz fəaliyyəti barədə ona hesabat vermək, qəbul edilmiş qaydada hər il NKA-ya xidmət edən mövcud satıcılar və STXM şəbəkəsi barədə sənədləri, hər rüb realizə etdiyi NKA sayı haqqında məlumatı sahələrarası ekspert komissiyasına təqdim etmək.7.4. Nəzarət-kassa aparatlarının təchizatçısının hüquqları:7.4.1. NKA istifadəçilərinin (satıcıların) və STXM-in funksiyalarının icra keyfiyyətinə nəzarət etmək, onlara NKA-nın istismarının təşkili və servis texniki xidməti və təmirinin keyfiyyətinin yaxşılaşdırılması barədə icrası məcburi olan göstərişlər vermək;7.4.2. Bu Əsasnamənin 8 bölməsinin müddəalarını pozmamaq şərti ilə STXM funksiyasını yerinə yetirmək;7.4.3. Bu Əsasnamənin 10 bölməsinin müddəalarını pozmamaq şərti ilə satıcı funksiyasını yerinə yetirmək.7.5. Nəzarət-kassa aparatlarının təchizatçısı Azərbaycan Respublikasının mövcud qanunları qarşısında cavabdehdir:7.5.1. Təchiz etdiyi NKA sertifikatlaşdırılmış parametrlərə və (və ya) etalon nümunəyə uyğun gəlmədikdə;7.5.2. NKA satıcılarının və STXM-in işini lazımi səviyyədə təşkil etmədikdə;7.5.3. Keyfiyyətsiz NKA ilə təchiz etdikdə, o cümlədən istismar zamanı meydana çıxan deffektə görə;7.5.4. NKA-nın pasport və ya formulyarında təminatlı öhdəçilik və keyfiyyətli qəbul, həm də təchizatçının tam adı, onun poçt ünvanı təminatlı təmir aparan regional STXM haqqında bölmələr doldurulmadıqda.7.6. NKA modelinin təchizatçısı eyni zamanda sifarişçidirsə, o təchizatçı funksiyasından əlavə bu Əsasnamənin 6-cı bölməsində göstərilən sifarişçi funksiyasını da yerinə yetirir.7-1. Elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin təchizatçısı 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 7-1-ci bənd əlavə edilmişdir.7-1.1. Elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin təchizatçısı hüquqi şəxsdir, nəzarət-kassa aparatlarının sifarişçilərini və ya STXM-ləri elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti ilə təchiz edir.7-1.2. Elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin təchizatçısı:Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının təsdiq etdiyi texniki tələblərə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş parametrlərə uyğun olan elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin ilkin hazırlanmasını (inisializasiyasını) təşkil edir; müqavilə əsasında nəzarət-kassa aparatlarının sifarişçilərini və ya STXM-ləri elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti ilə təchiz edir;elektron məsafədən ötürmə qurğularından Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi serverinə ötürülmüş məlumatın ilkin emalını təşkil edir;elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin təkmilləşdirilməsi barədə təkliflər hazırlayıb Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edir;elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin etibarlılığının yüksəldilməsi üçün tədbirlər görür.8. Nəzarət-kassa aparatlarının satıcıları 8.1. Nəzarət-kassa aparatlarının satıcısı — hüquqi şəxsdir, NKA-nı istehlakçılara satır.8.2. Nəzarət-kassa aparatlarının satıcısı:NKA-nı almaq üçün təchizatçı ilə müqavilə bağlayır;realizə etdiyi NKA modellərinin servis texniki xidməti və təmiri üçün STXM ilə müqavilələr bağlayır;NKA istehlakçıları ilə alqı-satqı müqavilələri bağlayır;təchizatçının istehlakçı və STXM-lə NKA-ya uyğun modellərinin servis texniki xidməti və təmiri haqqında müqavilələr olduqda NKA-nı istehlakçılara satır;
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin