Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə16/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   12   13   14   15   16   17   18   19   ...   26
2012-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 941) ilə “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə”nin . 9.3.2-ci yarımbəndinə “etmək” sözündən sonra “, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq” sözləri əlavə edilmişdir.9.3.3. NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək;9.3.4. İstismar sənədlərinin və mövcud normativ aktların tələblərinə uyğun olaraq NKA üçün iş yerini təmin etmək;9.3.5. NKA-nın işə salınmasında və mövcud qaydalara uyğun işə salınma aktının tərtib edilməsində iştirak etmək;9.3.6. NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək;9.3.7. STXM və vergi orqanları işçilərinin NKA-ya istismar vaxtı qoyulmuş qaydalara əməl olunması üçün olan göstərişlərini yerinə yetirmək;9.3.8. Vergi orqanlarında STXM-in tələblərinə uyğun NKA-nın alınması, servis texniki xidməti və təmiri ilə əlaqədar olan sənədləri və həm də bu məsələlərlə əlaqədar olan lazımi izahat, arayış və məlumatları təqdim etmək;9.3.9. Vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 9.3.9-cu yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.9.3.10. STXM işçilərinin tədbirlər planına əsasən NKA-ya servis texniki xidməti göstərmələri üçün şərait yaratmaq;9.3.11. NKA-nın plombu pozulduqda və ya başqa nasazlıqları yarandıqda, həmçinin vergi orqanları və ya STXM tərəfindən NKA-nın istifadəsinə qadağan qoyulduqda, NKA-dan istifadə edilməsini müvafiq qaydada dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; 30 yanvar 2008-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 46) ilə «Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə»nin 9.3.11-ci bəndində «dayandırmaq» sözündən sonra «və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək» sözləri əlavə edilmişdir.9.3.12. NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq meydana çıxarsa bu barədə vergi orqanlarına və STXM-ə təcili məlumat vermək;9.3.13. elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin istismarı üçün texniki tələblərə əməl etmək; 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 9.3.13 - 9.3.15-ci yarımbəndlər əlavə edilmişdir və 9.3.13-cü yarımbənd 9.3.16-cı yarımbənd hesab edilmişdir.9.3.14. Azərbaycan Respublikası Vergilər Nazirliyinin tələbi ilə özünəməxsus olan obyektdə istifadə olunan NKA-ya elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması üçün şərait yaratmaq; 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək;9.3.16. Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək.
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin