Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə17/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   13   14   15   16   17   18   19   20   ...   26
28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"yə 9.3.13-cü yarımbənd əlavə edilmişdir.26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 9.3.13 - 9.3.15-ci yarımbəndlər əlavə edilmişdir və 9.3.13-cü yarımbənd 9.3.16-cı yarımbənd hesab edilmişdir.9.4. Nəzarət-kassa aparatlarının istehlakçısının hüququ:9.4.1. NKA-nın istismar hazırlığını, servis texniki xidməti və təmirinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə sahələrarası ekspert komissiyasına təkliflər vermək;9.4.2. Vergi orqanlarının və STXM işçilərinin qeyri-qanuni hərəkətləri barəsində Dövlət orqanlarına şikayət etmək.9.5. Nəzarət-kassa aparatlarının istehlakçısı Azərbaycan Respublikasının mövcud qanunları ilə aşağıdakılar üçün cavabdehdir:9.5.1. Əhali ilə pul hesablaşmasını apararkən NKA-dan istifadə etmədikdə və ya alıcıya çek vermədikdə;9.5.2. Vergi orqanlarında qeydiyyatda olmayan NKA-dan istifadə etdikdə;9.5.3. Nasaz, o cümlədən plombu zədələnmiş və ya təchizatçının və ya STXM-in plombu olmayan NKA-dan istifadə etdikdə;9.5.4. NKA-nın servis texniki xidməti və təmiri üçün STXM-dən başqa istənilən müəssisə və ya fiziki şəxsin xidmətindən istifadə etdikdə;9.5.5. NKA-nın plombunun bütövlüyü pozulduqda və istehlakçının qərəzli hərəkəti nəticəsində NKA və elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti sıradan çıxdıqda. Bu halda elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin bərpası və ya dəyişdirilməsi istehlakçının vəsaiti hesabına həyata keçirilir. 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 9.5.5-ci yarımbənddə "NKA" sözündən sonra "və elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti" sözləri əlavə edilmişdir və həmin yarımbəndə ikinci cümlə əlavə edilmişdir.10. Servis texniki xidmət mərkəzləri 10.1. Nəzarət-kassa aparatlarının servis-texniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir.10.2. STXM aşağıdakı sənədləri təqdim etməklə vergi orqanlarında qeydiyyatdan keçirilir: 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət- kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.2-ci bəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.STXM kimi qeydiyyata alınmaq üçün hüquqi şəxsin adını, təşkilati-hüquqi formasını, müəssisənin ünvanını, hesablaşma nömrəsini və bank rekvizitlərini göstərən məktub (ərizə);NKA-nın servis texniki xidməti və müəyyən modellərinin təmiri barədə malgöndərənlə müqavilələrin surətləri;malgöndərənlə müəssisə arasındakı müqaviləyə müvafiq olaraq servis texniki xidmət və təmir üçün qəbul olunan NKA-nın modellərinin siyahısı;Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;icarə müqaviləsinin nömrəsi və tarixi göstərilməklə bina verilməsi haqqında icarəyə verənin arayışı və ya mülkiyyətində istehsalat binasının mövcud olduğunu təsdiq edən sənəd;müəssisənin nəzarət-kassa aparatlarının servis texniki xidmətini və təmirini keyfiyyətlə aparmaq üçün malgöndərənin tövsiyə etdiyi tam dəst sənədlərin mövcud olması barədə malgöndərən tərəfindən təsdiq olunmuş arayışı;
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin