Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə18/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   14   15   16   17   18   19   20   21   ...   26
müəssisənin malgöndərənin yanında və ya ondan təhsil üçün icazə almış təşkilatda hazırlanmış mütəxəssislərin mövcudluğu haqqında malgöndərən tərəfindən təsdiq olunmuş arayışı;10.3. Hüquqi şəxsin STXM kimi qeydə alınması 10.3. bəndinə əsasən təqdim olunmuş sənədlərin düzgünlüyünü, tamlığını və onlardakı məlumatların ətraflı olması yoxlanıldıqdan sonra bir həftə ərzində başa çatdırılmalıdır.10.4. Yuxarıda göstərilən sənədlərin təqdim edildiyi və onlardakı məlumatların tam olduğu təqdirdə STXM-i qeyd etməkdən imtina etmək yolverilməzdir.10.5. Əhali ilə nağd pul hesablaşmalarında nəzarət-kassa aparatları tətbiq edən müəssisələrdə STXM-in yaranmasına yol verilmir.10.6. Servis texniki xidmət mərkəzi:nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir;nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır;NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır;əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır;NKA-nın servis texniki xidməti və təmiri üzrə xidmət göstərilməsinin və xidmətin növlərinin qaydalarını müəyyənləşdirən sənədlər işləyib hazırlayır və malgöndərənlə razılaşdırır;NKA-ya xidmət üçün texniki tələbləri, onların sınaq metodlarını, istismar, servis texniki xidməti və təmir qaydalarını müəyyənləşdirən sənədlər toplusunu, həmçinin sınaq, servis texniki xidməti və təmir zamanı istifadə olunan ölçü vasitələri və avadanlıqların sənədləri fondunu yaradır və onları lazımi səviyyədə saxlayır;NKA-nın istismara verilməsini, o cümlədən onların satışqabağı hazırlanmasına, konservasiyadan çıxarılmasına, nizamlanmasına, sazlanmasına və funksional xarakteristikalarına nəzarətini həyata keçirir;NKA-nın servis texniki xidmətə və təmirə qoyulduqda vergi orqanlarında qeydə alındıqda, uçotdan çıxarıldıqda, istifadə forması dəyişdikdə və digər hallarda nəzarət-kassa aparatlarının sazlığı barədə texniki rəy tərtib edir; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət- kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.6-cı bəndinin doqquzuncu abzasında ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.NKA-nın istismarı üçün istehlakçı tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlayır;NKA-nın pasportu və ya formulyarı itdikdə bu sənədlərin dublikatlarını verir. Bu vaxt modelin adının və zavod nömrəsinin dəyişilməsinə icazə verilmir;istehlakçılara nəzarət-kassa aparatından istifadəsinə dair məsləhət verir;istehlakçıların istismar zamanı işlədilən materiallarla təminatına köməklik edir;istehlakçının yazılı sifarişinə müvafiq olaraq NKA-nın proqramlaşdırılmasını və yenidən proqramlaşdırılmasını həyata keçirir;NKA-nın regional texniki servis xidməti və təmiri filialları və məntəqələri şəbəkəsi yaradır;qüvvədə olan qaydaya müvafiq olaraq bərpası mümkün olmayan NKA-nın sökülməsini, həmçinin onlardan çıxarılmış hissələrin və blokların utilizasiyasını aparır;NKA-nın istehlakçılarının işçi heyətinə və vergi orqanlarının işçilərinə NKA ilə işləmək qaydalarının öyrədilməsində iştirak edir; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.6-cı bəndin on yeddinci abzasında "Dövlət vergi müfəttişliyi" sözləri "vergi" sözü ilə əvəz edilmişdir. servis texniki xidmətində olan NKA-nın keyfiyyəti, aşkar edilmiş çatışmamazlıqları, istehlakçıların təklif və iradları barəsində informasiyanın yığılmasını, təhlil olunmasını və bu informasiyanın sahələrarası ekspert komissiyasına və NKA-nı göndərənlərə təqdim olunmasını təmin edir;NKA-nın servis texniki xidməti və təmiri ilə bağlı sənədlərin uçotu, saxlanılması və silinməsinin aparılmasını təşkil edir, bunların saxlanılması üçün şəxsi məsuliyyət daşıyan şəxslər təyin edir.10.7. STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət v təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına təşkilatına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir.
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin