Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə19/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.7-ci bəndində "Dövlət Vergi Müfəttişliyi təşkilatına" sözləri "vergi orqanlarına" sözləri ilə əvəz edilmişdir.10.8. Servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir:10.8.1. Malgöndərən tərəfindən təşkil edilmiş kurslarda NKA-nın müvafiq modellərinin xidməti üzrə öz texniki heyətinin öyrədilməsini təşkil etmək;10.8.2. Saz olmayan NKA-ları dəyişdirmək və onları icarəyə vermək üçün ehtiyat NKA-na malik olmalıdır. Ehtiyat NKA vergi orqanlarında qeydiyyatdan keçməlidir; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.8.2-ci yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.10.8.3. NKA-nın istismara verildiyi, satış qabağı hazırlanması və ya konservasiyadan çıxarılması zamanı, onların pasport məlumatlarının fiskal yaddaşlarının məlumatları ilə yoxlamaq;10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək;10.8.5. Servis texniki xidmətindən və təmirdən sonra müəyyən olunmuş qaydada NKA-nı plomblamaq;10.8.6. Vergi orqanlarına istifadə olunan kleymlərin, plombların və möhürlərin surətlərini, nümunələrini, eləcə də NKA-na xidmət edən STXM-in texniki heyətinin ştamplarının surətlərini və imzalarının nümunələrini təsdiq üçün təqdim etmək; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət- kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.8.6-cı yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.10.8.7. NKA-nın uçotunun təşkili üçün onların yenidən istismara verilməsi, həmçinin saz olmayan nəzarət-kassa aparatlarının işlədilməsinin bütün halları (plombların pozulması və təmir üçün nəzarət-kassa aparatlarının istismardan çıxarılması və s.) haqqında vergi orqanlarını xəbərdar etmək; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.8.7-ci yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.10.8.8. Çağırış verildiyi andan şəhər şəraitində 36 saatdan və kənd yerləri şəraitində 72 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etmək;10.8.9. NKA-nın pasportuna (formulyarına) nəzarət-kassa aparatlarının istismara verilməsi, servis texniki xidməti göstərilməsi və təmirin aparılması, habelə aparata elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması, aktivləşdirilməsi və yaxud yaddaşı dolmuş, istismar müddəti başa çatmış və ya nasaz hala düşmüş qurğunun və ya elektron nəzarət lentinin dəyişdirilməsi barədə məlumatları daxil etmək; 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 10.8.9-cu yarımbənddə "aparılması" sözündən sonra ", habelə aparata elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması, aktivləşdirilməsi və yaxud yaddaşı dolmuş, istismar müddəti başa çatmış və ya nasaz hala düşmüş qurğunun və ya elektron nəzarət lentinin dəyişdirilməsi" sözləri əlavə edilmişdir.
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin