Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə2/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   2   3   4   5   6   7   8   9   ...   26
SİYAHISI 1. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formalar üzrə qəbzlər, putyovkalar, biletlər, talonlar, poçt ödənişi nişanları, habelə bunlara bərabər tutulan və ciddi hesabat blankları kimi uçotu aparılan digər sənədlər əsasında əhaliyə xidmət göstərən obyektlər.2. Pərakəndə ticarət, xırda topdansatış və ictimai iaşə obyektləri, onların ümumi sahəsi: respublika tabeli şəhərlərdə (qəsəbələrlə birlikdə) — 6 kvadrat metrdən, digər şəhər və qəsəbələrdə — 9 kvadrat metrdən və kənd yerlərində — 12 kvadrat metrdən az olduqda.3. Fiziki şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları obyektlər (pərakəndə ticarət, xırda topdansatış və ictimai iaşə obyektləri üzrə bu Qərarın 2-ci bəndində nəzərdə tutulanlar).4. Aşağıdakı hallarda nəzarət-kassa aparatlarının istifadə edilməsindən azad olunurlar:1 oturacaq yeri olan bərbərxanalar və ya 1 nəfər işçisi olan zərgərlik, nəqqaşlıq və rəssamlıq emalatxanaları;2 nəfərdən az işçisi olan təmir məntəqələri (müəssisələri) və cilidçilik emalatxanaları.5. Qəzet və jurnalların satışını həyata keçirən xüsusiləşdirilmiş obyektlər.6. Dağ rayonlarının ərazisində müvafiq yerli Sovetlərin qərarlarına əsasən ucqar kəndlərdə fəaliyyət göstərən obyektlər. 3. Azərbaycan Respublikasında əhali ilə pul hesablaşmalarında nəzarət-kassa aparatlarının tətbiqinə keçilməsi qrafiki təsdiq edilsin (əlavə olunur).4. «Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).5. Vergilər Nazirliyi tərəfindən hazırlanmış «Nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyatdan keçirilməsi qaydas0ı» təsdiq edilsin (əlavə olunur). 23 iyun 2009-cu il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 499) ilə 5-ci bəndində "Baş Dövlət Vergi Müfəttişliyi" sözləri "Vergilər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.6. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası nəzarət-kassa aparatlarının satışı, işə buraxmasazlama işləri, texniki xidmət və təmiri üçün lazım olan bütün işçi sənədlərin (aktların, müqavilələrin və s.) formalarını bir həftə müddətində hazırlayıb təsdiq etsin.7. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin iqtisadiyyat və maliyyə-kredit siyasəti, ticarət və pullu xidmətlər, müdafiə sənayesi şöbələrinə tapşırılsın. Baş nazir F. QULİYEVBakı şəhəri, 28 dekabr 1995-ci il№ 266Azərbaycan Respublikası Nazirlər Kabinetinin1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilətəsdiq edilmişdir.Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarınınDÖVLƏT REYESTRİ 31 oktyabr 1996-cı il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının Dövlət Reyestrinə daxil edilmişdir.
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin