Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında



Yüklə 0,99 Mb.
səhifə20/26
tarix16.10.2017
ölçüsü0,99 Mb.
#5896
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
10.8.10. nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. 28 sentyabr 2012-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 941) ilə “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə”nin . 10.8.10-cu yarımbəndinə yeni məzmunda birinci cümlə əlavə edilmişdir.10.8.11. NKA istismara verildikdə, həmçinin servis texniki xidməti və təmir aparılana qədər və ondan sonra sahələrarası ekspert komissiyası tərəfindən müəyyənləşdirilmiş cədvəllərdə STXM-in nümayəndəsinin imzası və ştampı ilə təsdiq olunmaq şərti ilə fiskal yaddaşın vəziyyətini qeydə almaq.10.8.12. elektron məsafədən ötürmə qurğularını və ya elektron nəzarət lentini nəzarət-kassa aparatlarında quraşdırmaq, sazlayıb işə salmaq, tələb olunan hallarda dəyişdirmək. 26 noyabr 2009-cu il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 940) ilə 10.8.12-ci yarımbənd əlavə edilmişdir.10.9. Servis texniki xidmət mərkəzinin aşağıdakı hüquqları var:10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq;10.9.2. Azərbaycan Respublikası ərazisində vergi orqanlarında uçota alınmış texniki xidmət filiallarına və ya məntəqələrinə malik olmaq; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.9.2-ci yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.10.9.3. Bu Əsasnamənin 8-ci bölməsi ilə müəyyənləşdirilmiş tələblərə riayət etmək şərti ilə NKA-nın satıcısı funksiyasını yerinə yetirmək;10.9.4. Vergi orqanları tərəfindən NKA qeydiyyat yerindən uçotdan çıxarıldıqda onu sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilmiş qaydada istehlakçılardan almaq; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.9.4-cü yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir. 10.9.5. NKA vergi orqanlarında qeydiyyata alınandan sonra onları istehlakçılara icarəyə vermək; 28 fevral 2007-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 201) ilə "Azərbaycan Respublikasında nəzarət - kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə"nin 10.9.5-ci yarımbəndində ismin müvafiq hallarında "Dövlət Vergi Müfəttişliyi" sözləri müvafiq olaraq "vergi orqanları" sözləri ilə əvəz edilmişdir.
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin